Jesus ərəblərdən  İkardinin transferini istəyib

img

07-07-2023 [10:00]


Səudiyyə Ərəbistanının "Əl Hilal" komandasına baş məşqçi təyin edilən Jorxe Jesus "Qalatasaray"ın transferinə çalışdığı argentinalı hücumçu Mario İkardiyə "göz dikib".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ötən mövsüm icarə əsasında çıxış etdiyi "Qalatasaray"da arzuladığı mövsümü keçirən Mauro İkardi "Fənərbağça"nın sabiq baş məşqçisi Jorxe Jesusun radarına düşüb. 

Məlumata görə, portuqaliyalı çalışdırıcı "Əl Hilal"ın rəhbərliyinə "Onu mütləq istəyirəm" deyib: "Jesusun istəyi üzrə ərəblər İkardi ilə təmasa keçiblər. Ona hər ili üçün 30 milyonluq təklif veirblər. Böyük ehtimalla İkardi bu təklifə "hə" deyəcək".

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA