Mühəndis "Azəriqaz"ın rəhbərini faktla üz-üzə qoydu: "Ruslan müəllim, vəzifə verdiklərinizin çoxu rüşvətə görə vaxtı ilə buradan qovulanlardır"
06-07-2023 [12:47]
“Siz hər 5-ci gün, cümə günləri hər zaman cəmiyyətin suallarına cavab verdiyiniz üçün, mən də Azəriqaz İstehsalat Birliyində 13 il qüsursuz xidmət edən əməkdaş kimi sizə bir məsələ haqqında müraciət edirəm. Düzdür, əvvələr də dəfələrlə yazdıqlarımı oxusanız da, buna cavab verməmisiniz. Ruslan müəllim, təyin etiyiniz indiki kadrların çoxu Əkbər Hacıyevin zamanında rüşvət aldıqlarına və ya işdə yol verdikləri ciddi nöqsanlara görə vəzifədən uzaqlaşdırılmışdılar. İndi onların çoxu Bakı Regional Qazın satışı Departamentində və Bakı Regional İstismar Departamentində yüksək vəzifələrdə çalışırlar. Yenə rüşvət alırlar, yenə bizim kimi niyyəti xidmət etmək olan işcilərin əsəbləri ilə oynayırlar, öz yarımçıq qalan işlərinə davam edirlər. Hamısının arxasında kimlərsə durur, himayədarlıq edir. Bu nə vaxta qədər davam edəcək?”.
"MediaPost"a daxil olan məlumata görə, bu fikirlər Azəriqaz İstehsalat Birliyinin Bakı Regional Qazın satışı Departamentinin İstehlakçılara satılan qaza nəzarət şöbəsinin mühəndisi, Nərimanov rayonu üzrə qrup rəhbəri Ramil Əliyevin Azəriqaz İstehsalat Birliyinin sədri Ruslan Əliyevə ünvanladığı məktubda yer alıb.
Məktubda həmçinin bildirilib: “Müzəffər Ali Baş Komandan, Cənab Prezident İlham Əliyevin dediyi kimi, hər bir məmur vətəndaşın xidmətçisidir. O zaman bu kirli işləri görənlər və onların arxasında dayananlar kimə xidmət edir? Mən onsuzda istər ictimai fəal, istərsə də QHT sədri olaraq hər sahədə millətimə və vətənimə xidmət edirəm. Ona görə də vəzifədə təmsil olunmaq haqqım olduğu halda, heç vaxt bu barədə düşünməmişəm. Ancaq son illərdə Bakı Regional Qazın Satışı Departamentində (BRQSD) vəzifəyə gətirilənlərin etdiyi haqsızlıqlar, məni də məcbur edir ki, bu haqsızlığa dur demək üçün haqqım olduğu yerdə olmağı tələb edim. Mən, Cənab Prezidentin dəstəkçisi kimi onun gördüyü işlərə kölgə salanlara qarşı çıxmağı özümə borc bilirəm. İctimai fəaliyyət göstərən şəxs kimi bütün sahələrdə buna qarşı çıxdığım halda, fəaliyyət göstərdiyim sahədə belə halların mövcudluğu məni narahat edir.
Ötən il biz, sizinlə görüşmüşdük. Siz, mənim ictimai fəaliyyətim və “Azəriqaz”da bu günə qədər olan xidmətlərimi nəzərə alaraq, müavininiz Rəşad Cavadova tapşırıq verdiniz ki, məni şəffaflığın təmin olunması üçün BRQSD-nin nəzarət şöbəsinə müavin təyin etsin. Ancaq üzərindən 1 il keçməsinə baxmayaraq, aramsız gələn yoxlamalar xaricində, heç bir dəyişiklik yoxdur. İndi mən həm sizin əməkdaşınız, həm ictimai fəal kimi bilmək istəyirəm ki, sizin yanınızdakılar sizi aldadır, yoxsa aldadılan tərəf mənəm? Ümid edirəm ki, bu yazım da, daha əvvəl sizə yazdığım yazılar kimi, oxunaraq arxivə atılmayacaq və sizin tərəfdən cavablandırılacaq. İnanmaq istəyirəm ki, “Azəriqaz”da olan rüşvətxorluq və özbaşınalıq mənim kimi sizi də narahat edir. Əmin olun ki, belə neqativ hallarla mübarizədə sizinlə əməkdaşlıq etməyə hazıram”.
Ramil Əliyev məsələ ilə bağlı "MediaPost"a açıqlamasında 13 ildir nöqsansız xidmət etdiyini bildirib:
"Bu müddət ərzində heç bir zaman neqativ hallarda adım hallanmayıb. Əvəllər Binəqədi rayonunda xidmət sahəsində qrup rəhbəri vəzifəsində çalışmışam. O zaman sənaye obyektlərinə cavabdeh olan Emin Bədəlov adlı mühəndis bir neçə sənaye obyektinə qeyri-qanuni qoşulmalara, sayğacdan kənar qazdan istifadə etmələrinə şərait yaratmışdı. Mən də qrup rəhbəri olaraq bunu aşkarlayıb, əvvəlki baş direktor Əkbər Hacıyevə məlumat verərək həmin əməkdaşı işdən kənarlaşdırdım. O zamankı və indiki himayədarları onu himayə edərək, Xətai xidmət sahəsinə təyinat almasına nail oldular. Bu məsələ Əkbər Hacıyevin baş direktor vəzifəsində qaldığı müddətə qədər davam etdi. Ruslan Əliyev baş direktor təyin olunandan sonra Emin Bədəlova himayədarlıq edən rəhbər şəxslər onun bu dəfə daha yüksək vəzifəyə təyin olunmasına nail oldular. O, Bakı şəhəri BRQSD-nin sənaye obyektləri üzrə satış rəisinin müavini təyin edildi. Yenə də yarımçıq qalan işlərini davam etdirdi. Onu da bildirmək istəyirəm ki, həmin komandanın himayədarlığı ilə - Fövqəladə Hallar Nazirliyi və Energetika Nazirliyi tərəfindən bina zirzəmisində sənaye obyektlərinin qazdan istifadəsi qadağan edildiyi halda, ciddi təhlükə mənbəyi olan binaaltı və zirzəmilərdə sənaye obyektlərinə qazdan istifadəyə şərait yaradıldı. Bu kimi halların qarşısının alınması və təkrarlanmaması üçün təxirəsalınmaz tədbirlərin görülməsi zəruridir. Dediklərimi sübut edən faktların bir neçəsinin şəkli və videosunu təqdim edirəm”.
MİA.AZ
Qarabağ əlili "Azəriqaz"ı məhkəmədə uddu, SOS verdi - "Məhkəmə qanunsuz qərarı ləğv etdi, mən işimə bərpa olundum"
ABŞ vitse-prezidenti Bakıya gəlir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq