"Qalatasaray"ın baş məşqçisi: "Psixoloji cəhətdən də güclənəcəyik"

img

06-07-2023 [09:23]


"Qalatasaray"ın baş məşqçisi Okan Buruk "Hall Siti" ilkə yoldaşlılq oyunundan 4-3 hesablı məğlubiyyətdən sonra açıqlamalar verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Acun Ilıcalının sahibi olduğu "Hall Siti" ilə mübarizədən məğlub ayrılan baş məşqçi Okan Burukun sözlərinə görə, oyunda gənc futbolçulara da şans verib: "Bəziləri bu şansdan istifadə etdi, bəziləri bacarmadı. Bizim üçün təcrübə oldu. Yoldaşlıq görüşlərində nəticəni çox düşünməməlisən. Azarkeşlər də əla idi. Öz stadionumuz kimi ab-hava yaratdılar. Möhtəşəm matç idi. Nəticədə buraxdığımız qollar, buraxdığımız səhvlər təbii ki, var. Bu, gözlədiyimiz nəticə idi".

Baş məşqçi bildirib ki, çox matç oynamaq futbolçuları psixoloji cəhətdən yorur: "Düşünürəm ki, bu, həm də özünüzü necə hazırlamağınızdan asılıdır. Oyunçular bunu öhdəsindən zehnini hazırlamaqla layiqincə gələ bilər. Bu il rotasiyanı fərqli şəkildə etməyə çalışacağıq. Psixoloji cəhətdən də güclənəcəyik".

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA