İsrail "Cenin Qaçqınlar Düşərgəsi"nin altını üstünə çevirdi - Ölənlər və 100-dən çox yaralı var (VİDEO / FOTOLAR)

img

04-07-2023 [22:54]


İsrailin "Cenin Qaçqınlar Düşərgəsi"nə hücumları nəticəsində indiyədək 10 fələstinli ölüb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bununla bərabər, 20-si ağır olmaqla 100-ə yaxın yaralı var.

Məlumata görə, İsrail ordusu düşərgənin mülki infrastrukturunu dağıdıb, yolları yararsız hala salıb. 

Düşərgədə yaşayan dinc sakinlər bildiirb ki, nəhəng buldozerlər hərbçilərin müşaiyəti ilə bütün küçələri "qaşıyıblar": "Bütün elektrik və su şəbəkələrini zədələdilər, maşınları bir-bir əzib kənara atdılar".

İsrail ordusu və Daxili Kəşfiyyat İdarəsi bildiirb ki, İordan çayının qərb sahilindəki Cenin şəhəri və şəhərdəki "Cenin Qaçqınlar Düşərgəsi"nə reydlər və hava hücumları təşkil edilib. 

Çoxlu sayda zirehli texnika, buldozer və Pilotsuz Uçuş Aparatları (PUA) ilə bölgəni mühasirəyə alan İsrail əsgərləri hücumları iki gündür davam etdirir. 

Samir

MİA.AZ

img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:13 07.09.2025

Sabah yağış yağacaq