"Fənərbağça" bu futbolçuları yola salır - SİYAHI

img

03-07-2023 [10:29]


"Fənərbağça" növbəti mövsümün hazırlıqlarına başlayıb. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Baş məşqçi vəzifəsinə yeni təyin  olunan İsmail Kartalı klub prezidenti Ali Koça ilk hesabatını verib.

Məlumata görə, baş məşqçi Ali Koça təqdim etdiyi hesabatda komandadan 8 futbolçunun təcili göndərilməsini tələb edib: "İsmail Kartal Qustavo Henrique, Villian Arao, Joao Pedro, Diego Rossi, Serdar Dursun, Osayi Samuel, Joşua King və Nazım Sangare ilə müqaviləəyə son veirlməsini istəməklə yanaşı, hansı bölgələrə transferin vacib olması barədə hesabat təqdim edib. Çox yaxın günlərdə onun tələb elədiyi futbolçuların transferi üçün danışıqlara başlanılacaq. Hələlik klub transfer olunacaq futbolçuların adlarını gizli saxlayır..."

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA