Lukaşenko Putin və "Vaqner"in lideriylə danışıqların gizlinlərini açdı: "Priqojinə dedim ki, səni böcək kimi əzəcəklər”- VİDEO

img

28-06-2023 [13:17]


Belarus prezidenti Aleksandr Lukaşenko üsyançı “Vaqner” dəstəsinin rəhbəri Yevgeni Priqjin ilə danışığının detalların açıqlayıb. 

Mia.az xəbər verir ki, aşağıdakı bu dialoq “BBC” tərəfindən təqdim olunub. 

Beləliklə, Lukaşenko açıqlayır:

 "Mən Putinə dedim: Biz Priqojini aradan götürə bilərik, bu, problem deyil. Birinci cəhddə olmasa da, ikinci cəhddə biz buna nail olarıq. Mən Putinə dedim: “Bunu etmə". 

Lukaşenko deyib ki, o, cənab Priqojinə zəng etməyi təklif edib. Buna cavab olaraq cənab Putin deyib: “Bax, Saşa, bunun heç bir xeyri olmayacaq,  o, telefonu belə götürmür və heç kimlə danışmaq istəmir”.

"Mənə onun nömrəsini ver" dedim.

Putin “çox güman ki, onun nömrəsi FSB-də var”, dedi. 

Cənab Priqojinlə söhbətini təsvir edən cənab Lukaşenko bildirib ki, “Vaqner” muzdlu ordusunun bossu o vaxta qədər uğur qazanması səbəbindən eyforiya vəziyyətində olub.

Belarus liderinin sözlərinə görə, cənab Priqojin ona deyib: “Biz ədalət istəyirik, bizi boğmaq istəyirlər, biz Moskvaya gedəcəyik”.

- Ona dedim ki, səni yolun yarısında böcək kimi əzəcəklər...

Elbəyi Həsənli

MİA.AZ

me his number," he went on. "[Putin] said, 'most probably, the FSB [Russian Federal Security Service] have his number'."

Media caption,

Watch: The day Wagner chief went rogue... in 96 secondsescribing his conversation with Mr Prigozhin, Mr Lukashe


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA