Putin üsyandan danışdı, "Vaqner"ə 3 variant təklif etdi: "Döyüşçülərə sözümü tutacağam" - "Üsyan hər cür vasitə ilə yatırılacaqdı"
26-06-2023 [23:31]
Rusiya prezidenti Vladimir Putin "Vaqner"in üsyanının dialoqla öz həllini tapmasından sonra ilk dəfə qiyamdan danışıb.
Mia.az Rusiya mətbuatna istinadla xəbər verir ki, dövlət televiziyası vasitəsiylə xalqa müraciət edən Putin "Vaqner" döyüşçülərinə üç variant təklif edib.
Putin "Vaqner" komandirlərinə qan tökülməsinin qarşısını aldıqlarına görə təşəkkür edib: "Belarusa getmək istəyən döyüşçülərə sözümü tutacağam. Onlar ya orduya, ya Belarusa, ya da evlərinə qayıtmalıdır.
Rusiya vətəndaşlarına mətanətinə, birliyinə və vətənpərvərliyinə görə bir daha təşəkkür etmək istərdim. Mən rus xalqına dəstəyə görə təşəkkür edirəm. Bu hadisə göstərdi ki, Rusiyada daxili qarışıqlıq yaradan istənilən hərəkət uğursuzluğa məhkumdur. Vəziyyət göstərdi ki, hər cür şantaj və fitnə uğursuzluğa məhkumdur.
Silahlı üsyan hər cür vasitə ilə yatırılacaqdı. Rusiya vətəndaşları birlik nümayiş etdirdi, ölkənin gələcəyi hamını birləşdirdi. Üsyan təşkilatçıları xəyanətdən sonra ətrafdakılara da xəyanət etdilər. Üsyançılar əsgərlərin bir-birini öldürməsini istəyirdilər. Kiyev də belə bir nəticə gözləyirdi.
Canlarını fəda edən qəhrəman pilotların şücaəti ölkəmizii ağır nəticələrdən qorunurdu. "Vaqner" döyüşçülərinin çoxu vətənpərvərdir, onlardan bilmədən istifadə olunub. Mənim birbaşa göstərişimlə qan tökülməsinin qarşısını almaq üçün qərarlar qəbul edildi. Son sırada dayanıb qan tökülməsinə imkan verməyən "Vaqner" əsgərlərinə təşəkkür edirəm”.
Yeri gəlmişkən, bu gün "Vaqner"in lideri Yevgeni Priqojin də açıqlama verib. O deyib ki, "Vaqner" iyulun 1-də onsuz da ləğv olunacaqdı: "Məqsədimiz Putini devirmək deyildi. Biz ədalət yürüşü başladıq, bizə hücum etdilər. raketlərlə vurdular. Əsgərimiz öldürlüdü. Ancaq biz rus əsgərlərinin qanını tökməmək üçün geri qayıtdıq. Hücum etmədik...".
Onu da xatırladaq ki, Belarus Prezidenti Aleksandr Lukaşenko ilə “Vaqner”in lideri Yevgeni Priqojin arasında danışıqlardan sonra muzdlu döyüşçülər qiyamı dayandırıblar.
Bundan dərhal sonra "Vaqner"in lideri Priqojin isə Belarusa yollanıb.
Bu barədə Belarus Prezidentinin mətbuat xidməti bəyanat yayıb.
Bəyanatda deyilirdi ki, Lukaşenko Priqojini ilə Rusiya prezidenti Putinin razılığı ilə danışıqlar aparıb: "Danışıqlardan sonra "Vaqner" qrupunun Rusiya torpaqlarında irəliləməsi dayandırılıb. Bu yöndə iki tərəf arasında sənəd imzalanıb. Sənədə əsasən, Priqojin barədə açılan cinayət işinə dərhal xitam verilir və o, 3-cü ölkəyə - Belarusa yollanır. Onun döyüşçülərinin qarşısına isə iki seçim qoyulur: ya Rusiya Müdafiə Nazirliyi ilə sözləşmə imzlayaraq ordu sıralarında Ukraynada döyüşürlər, ya da silahı təhvil verib tərxis olunurlar. Anlaşmaya görə, hər iiki halda "Vaqner"çilərə toxunulmayacaq, onlar qiyama görə mühakimə olunmayacaqlar".
Kremldən də bu anlaşma təsdiqlənib. Bildirilib ki, silahı yerə qoyan vıə Ukraynada döyüşmək istəməyənlərə qarşı hər hansı bir cinayət təqibi aparılmayacaq: "Rusiya dövləti "Vaqner" döyüşçülərinin Ukraynada Rusiya dövlətinin maraqları uğrunda apardıqları mübarizəni heç vaxt unutmayacaq və hər zaman bu xidməti yüksək dəyərləndirəcək".
Xatırladaq ki, qiyamı dayandırdığı gün açıqlamaya yayan Priqojin oskvanın bir addımlığına qan tökmədən gəldilərini açıqlayıb: "Bura qədər bir rusun burnu qanamayıb. Amma indi geriyə - əvvəlki mövqeyimizə geri dönəcəyik".
Samir MUSAYEV
MİA.AZ
Hava ilə bağlı xəbərdarlıq edildi
Mehriban Əliyeva xalqı təbrik edib - FOTO
"Deyəsən, onu mənim yerimə hazırlayırdı" - Gecəylə vəzifəsindən azad olunan icra başçısının müavini maraqlı faktları açıqladı (MÜSAHİBƏ)
Azərbaycan nefti cüzi bahalaşdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
BƏƏ Yəməndəki hərbçilərini geri çəkdi
"Peşman deyiləm, lakin..." - "Beşiktaş"ın heyətindən kənarlaşdırılan futbolçu danışdı
Prezident İlham Əliyev bu fotonu paylaşdı - FOTO
Mauro İkardinin 15 yaşında çəkdirdiyi şəkil gündəm oldu - FOTO
İsrail Livanı top atəşinə tutub
Aralıq dənizində zəlzələ olub
Tayfur Bingöl super liqa ilə bağlı proqnoz verdi
Şeyma Subaşı hava limanında saxlanılıb - FOTO
Naftalan Müalicə və Sağlamlıq Mərkəzindən xoş təəssürat... - Səxavət Tağlar yazır (FOTOLAR)
İCRA BAŞÇISI İDMAN GEYİMİNDƏKİ MÜĞƏNNİYƏ HESABAT VERİR - Bu, dövlət ərkanı və atributlarına hörmətsizlik deyilmi?! (VİDEO, FOTOLAR) - Yenilənib
Elman Rüstəmovun biznesinin biri qapadıldı
“Azercell” yenilənmiş “Hədiyyə çarxı”nı təqdim edir
Sabiq icra başçısı azadlığa buraxılıb
Rəsmi Kiyev Putinin iqamətgahına hücum etmədiyini deyir: "Moskva dəlillər təqdim edə bilmədi"
Dövlət Xəzinədarlığı Agentliyinin adı dəyişib - Fərman
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 6 günlük məzənnəni açıqladı
14 nəfər zəhərlənib - Ucarda
Energetika Nazirliyinə əlavə səlahiyyət verildi - Fərman
Deputat Rasim Musabəyov “Şərəf” ordeni ilə təltif olunub - Sərəncam
YENİ QURUM YARADILDI - Fərman
Vəkil adından qanunsuz istifadə edənlər cərimələnəcək
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb - FOTOLAR
Əli Əsədovla Küveytin Baş naziri telefonda danışıb - Açıqlama
"Beynəlxalq Bankı”ın İdarə Heyəti sədrinin birinci müavini vəzifədən niyə çıxarılıb?
TARİF ŞURASI YENİ QƏRAR VERDİ: işıq... - Yeni qiymətlər
Daha 237 dərmanın qiyməti dəyişib - Qərar
BENZİN VƏ DİZELİN QİYMƏTİ QALXDI - Tarif Şurası qərar verdi
Şahin Tağıyevin cənazəsi Vətənə gətirilir
Axtarışda olan Nicat Rəhimov Bosniya və Herseqovinada saxlanılıb
Səudiyyə bu hücumla açıq mesaj verir - Təhlil
Spiker: "Payız sessiyasında 86 qanun və qərar layihəsi qəbul edilib"
Milli Məclis müraciət yayıb
Dövlət qulluğu ilə bağlı yeni qanun qəbul edildi - DETALLAR
Yeni il gecəsi hava necə olacaq? - Proqnoz
Onlara leytenant hərbi rütbəsi veriləcək - Yeni qanun