PUTİNLƏ PRİQOJİN ARASINDA ANLAŞMANIN DETALLARI BƏLLİ OLDU - Lukaşenko və Kreml açıqlama yaydı

img

25-06-2023 [08:06]


Belarus Prezidenti Aleksandr Lukaşenko ilə “Vaqner”in lideri Yevgeni Priqojin arasında danışıqların detalları bəlli olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Belarus Prezidentinin mətbuat xidməti bəyanat yayıb.

Bəyanatda deyilir ki, Lukaşenko Priqojini ilə Rusiya prezidenti Putinin razılığı ilə danışıqlar aparıb: "Danışıqlardan sonra "Vaqner" qrupunun Rusiya torpaqlarında irəliləməsi dayandırılıb. Bu yöndə iki tərəf arasında sənəd imzalanıb. Sənədə əsasən, Priqojin barədə açılan cinayət işinə dərhal xitam verilir və o, 3-cü ölkəyə - Belarusa yollanır. Onun döyüşçülərinin qarşısına isə iki seçim qoyulur: ya Rusiya Müdafiə Nazirliyi ilə sözləşmə imzlayaraq ordu sıralarında Ukraynada döyüşürlər, ya da silahı təhvil verib tərxis olunurlar. Anlaşmaya görə, hər iiki halda "Vaqner"çilərə toxunulmayacaq, onlar qiyama görə mühakimə olunmayacaqlar".

Kremldən də bu anlaşma təsdiqlənib. Bildirilib ki, silahı yerə qoyan vıə Ukraynada döyüşmək istəməyənlərə qarşı hər hansı bir cinayət təqibi aparılmayacaq: "Rusiya dövləti "Vaqner" döyüşçülərinin Ukraynada Rusiya dövlətinin maraqları uğrunda apardıqları mübarizəni heç vaxt unutmayacaq və hər zaman bu xidməti yüksək dəyərləndirəcək".

Xatırladaq ki, dünən qiyamı dayandırdığını açıqlayan Priqojin də videomüraciət yayaraq, Moskvanın bir addımlığına qan tökmədən gəldilərini açıqlayıb: "Bura qədər bir rusun burnu qanamayıb. Amma indi geriyə - əvvəlki mövqeyimizə geri dönəcəyik".

Samir MUSAYEV

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:41 08.09.2025

Sabah yağış yağacaq