"Vaqner"in rəhbəri Putinə cavab verdi: "Təslim olmaq? Mən xain deyiləm, əksinə..."

img

24-06-2023 [16:16]


"Vaqner"in rəhbəri Priqojin Rusiya prezidenti Putinin xalqa müraciətində onu "xain" adlandırmasına münasibət bildirib.

Mia.az Reuters-ə istinadla xəbər verir ki, Vaqnerin rəhbəri Priqojin Rusiya prezidenti Putinin xalqa müraciətindən sonra deyib ki, qətiyyən təslim olmaq niyyətndə deyillər: "Heç kim Putinin əmri ilə təslim olmağı planlaşdırmır. Təslim olmaq? Elə şey ola bilməz. Putin məni xain elan etməklə böyük xəta elədi.

Vaqner döyüşçüləri yerindədir, əmrlə hərəkət edirlər. Biz artıq korrupsiya, yalan və bürokratiyanın hökm sürdüyü ölkədə yaşamaq istəmirik. Vaqner bu xalqın düşməni deyil, rus vətənpərvərləridir. Biz Rusiyanı xilas edəcəyik. Əslində, bizim qarşımızda olanlar xəyanətkardır".

Xatırladaq ki, televiziya vasitəsilə xalqa müraciət edən  Putin “orduya qarşı silah tutan hər kəsin satqın olduğunu” və “Rusiya ordusu qüvvələrinin bütün lazımi əmrləri aldığını” deyib: "Nə qədər gec deyil, onlar silahı yerə qoymalı və təslim olmalıdır. Yoxsa vu satqın və xainlər ən sərt şəkildə cəzalandırılacaq...".

Putin daha sonra bildirib ki, həddindən artıq ambisiyalar Rusiyaya xəyanətə gətirib çıxarıb: "Xüsusi hərbi əməliyyatlar zonasında döyüşən "Vaqner" döyüşçüləri qəhrəmandır. Üsyanı başlayanlar onlara da xəyanət ediblər. Hər cür fitnə ölümcül təhlükədir".

Lamiyə 

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:41 08.09.2025

Sabah yağış yağacaq