Naxçıvan yenə atəşə tutuldu: "Cavab tədbirləri görülüb"

img

24-06-2023 [12:21]


İyunun 24-ü saat 10:40-dan 11:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan bir neçə dəfə atəşə tutub.

Mia.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:41 08.09.2025

Sabah yağış yağacaq