Lukaşenko Rusiya ordusu ilə "Vaqner" arasında sülh yaratdı - Priqojin döyüşçülərini geri çəkir, özü isə... (FOTOLAR / YENİLƏNİB)
24-06-2023 [21:49]
Belarus Prezidenti Aleksandr Lukaşenko “Vaqner”in sahibi Yevgeni Priqojinlə danışıqlar aparıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Belarus Prezidentinin mətbuat xidməti faktı təsdiq edib.
Məlumata görə, Lukaşenko Priqojini dayanmağa inandırıb: "Vaqner qrupu artıq ordu ilə döyüşə girməyəcəyinə vəd verib".
Mia.az onu da xəbər verir ki, Priqojinin danışıqlarla bağlı videomüraciəti də yayılıb. O, bildirib ki, döyüşçüləri ilə Moskvanın bir addımlığına gəlib: "Bura qədər bir rusun burnu qanamayıb. amma daha buradan o tərəfə deyil, geriyə - Ukraynadakı mövqeyimizə dönəcəyik".
Rusiya mətbuatı isə yazır ki, Lukaşenkonn vasitəçiliyindən sonra Priqojina qarşı açılan cinayət işinə xitam verilib.
Məlumata görə, o, Rusiyadan xüsusi müşahidə altında Belarusa yollanacaq: "Razılaşmaya görə, "Vaqner" döyüşçüləri də cinayət məsuliyyətinə cəlb edilməyəcək. Onlar yenidən Ukaynaya savaşa dönəcəklər".
Bu faktı Kremldən təsdiqləyiblər.
***
Rusiyada hərbi qiyama qalxan Vaqner muzdlu döyüşçüləri ilə Rusiya təhlükəsizlik qüvvələri arasında ilk toqquşma baş verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Voronejdə tərəflər üz-üzə gəliblər: "Artıq hər iki tərəf bir-birlərinə atəş açırlar...".
***
Rusiya Prezidenti Vladimir Putin az əvvəl "Vaqner" döyüşçülərinin hərbi qiyamı barədə xalqa müraciət edib.
Mia.az xəbər verir ki, o, baş verənləri qiyam və xəyanət adlandırıb.
Putin “Vaqner”çiləri kriminal ünsür adlandırıraq, onlardan silahları dərhal yerə qoymağı tələb edib: "Sizə deyirəm: ölümcül dəhv etməyin, silahları yerə qoyun və təslim olun! Əsgərlərimiz xalqımızın təhlükəsizliyi üçün döyüşəcək. İndi bütün qüvvələrin birliyinə ehtiyacımız var. Bu, çevrilişdir. Əmr verdim, üsyan edənlərə cavabımız çox sərt olacaq".
Putin Rusiyanın belə kriminal ünsürlərin qarşısında aciz olmadığını bəyan edib və gərəkli tədbirlərin görüləcəyinə xalqı əmin edib: “Rusiyada hakimiyyətin parçalanmasına imkan verilməyəcək. Dövlət və xalq qorunacaq. Xalqımız əmin olsun ki, ona xəyanət edənlər cəzasız qalmayacaq.
Mənim burada bütün hərbi ünsürlərə göstərişim var. Siz xalqımızın təhlükəsizliyi və müstəqilliyi üçün mübarizə aparacaqsınız. Biz Rusiyanı çox qüdrətli ölkə etdik. Birliyimizi pozacaq istənilən hərəkətdən əl çəkmək lazımdır. Bu cür cəhdlər ölkəmizi arxadan bıçaqlamaq deməkdir. Biz arxadan bıçaqlandıq. Xalqımıza qarşı silah qaldıran hər kəs cəzasını alacaq. Buradan bir daha çevrilişə qalxanlara səslənirəm, bu ölümcül səhvdən təcili əl çəkin...".
***
Son məlumata görə, Vaqner qrupunun lideri ilə Rusiya Müdafiə Nazirliyi arasında danışıqlar gedir.
Mia.az Rsiya mətbuatına istinadla xəbər verir ki, Putinin tapşırığı ilə Sergey Şoyqu müavini Yunus-Bek Yevkurovla Baş Qərargah rəisi Gerasimovun müavini Vladimir Alekseyev Rostovda “Vaqner”in lideri Yevgeni Priqojinlə görüşüblər.
Məlumata görə, görüşdə Priqojin Şoyqu ilə geraimovu hədələyib. O, hər iki şəxsin vəzifələrindən azad edilərək onlara təhvil verilməsini tələbini qaldırıb: "Əks halda biz dayanmayacağıq".
Rusiya mətbuatı isə yazır ki, ordu rəhbərliyi Priqojinə baş verənlərinRusiyanın xeyrinə olmadığını və Putinin yaşananları dəqqiliklə nəzaərtdə saxladığını bildirib. Onlar "Vaqner" liderini dilə tutaraq, qarşıdurmadan çəkinməyə çağırıb: "Tərəflər arasında danışıqlar davam edir".
Bu arada Rusiya FSB Moskva və Sankt-Peterburqda yerləşən Vaqner-in ofislərini nəzarətə götürüblər.
Rusiya MN isə vəzyyəti hərbi qiyam sayıb və "Vaqner"çilərdən silahı yerə qoymağı tələb edib.
***
"Vaqner” hərbçiləri Rusiya ərazisində əməliyyata başlayıb.
Mia.az xəbər verir ki, bu barədə "Vaqner”in lideri Yevgeni Priqojin videomüraciət yayıb.
O bildirib ki, 25 minlik ordusu ilə Moskaya gedib qayda-qanun yaradacaq: “Moskva yolunda bizə helikopterdən raket atılıb. Biz salamatıq, helikopter də vuruldu, yandı. 25 min hərbçi ya öləcək, ya da ədaləti bərpa edəcək".
O, daha sonra rus ordusuna səslənib: "Müdafiə Nazirliyinin yolumuzu kəsmək üçün göndərdiyi əsgərlər, yolumuzdan çəkilin. Qarşımızda duran, yolumuza çıxan hər kəsi məhv edəcəyik. Sona qədər gedəcəyik".
Məlumata görə, zaman-zaman tərəflər arasında toqquşma yaşanır.
Bu arada Rusiya mətbuatı yazır ki, paytaxt Moskvada təhlükəsizlik tədbirləri gücləndirilib.
Məlumata görə, Müdafiə Nazirliyi, Federal Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi, Rusiya Qvardiyası tədbirləri artırıb, mərkəzi küçərlərə hərbi texnikalar yeridilib.
***
Bu arada "Vaqner" hərbçilərinin Rostov şəhərinə nəzarəti ələ keçirməsi barədə xəbərlər yayılıb.
Mia.az xəbər verir ki, bu barədə iddiaları Rostovun qubernatoru Vasili Qolubevun əhaliyə xəbərdarlığı da gücləndirib.
Mer əhalini evlərini tərk etməməyə çağırıb.
***
Uzun müddət Rusiyanın ordu rəhbəırliyini sözləri ilə hədəf alan “Vaqner” qrupunun yaradıcısı Yevgeni Priqojinin bugünkü açıqlamasında "Ukrayna müharibəsi Rusiyanı faktiki idarə edən bir ovc məxluqa lazımdır" bəyanatından Rusiya ordusu "vaqner"in Ukraynadakı düşrəgəsinə raket zərbələri endirib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə “Vaqner” qrupunun yaradıcısı Yevgeni Priqojin son açıqlamasında məlumat veirb.
O rus ordusuna müharibə elan edərək bildirib ki, Ukraynadakı savaş Sergey Şoyqu və onunla birgə ölkəni faktiki idarə edən oliqarxlar, o cümləədn Baş Qərargah rəisi Valeri Gerasimovun gizli planlaırndan qaynaqlanır: "Bu adamlar indi onların xain əməllərini üzə çıxaran “Vaqner” əsgərlərini məhv etmək üçün əməliyyatlar həyata keçirir. Rusiya Silahlı Qüvvələri "Vaqner"in düşərgələrinə az əvvəl raket zərbəsi endirib. Bir çox yoldaşlarımız öldü. Əlbəttə, bu hücuma necə cavab verəcəyimizə biz qərar verəcəyik...”.
Priqojin Putinə səslənərək deyib: "Ölkənin hərbi rəhbərliyinin formalaşdırdığı şərin qarşısı alınmalıdır. Onları rus əsgərləri düçündürmür, onar rus hərbçilərinin həyatına etinasız yanaşırlar. Ədalət sözünü unutdular, biz onu geri qaytaracağıq. O kəslər ki, onlar minlərlə rus əsgərinin həyatını məhv edən və bizim adamlarımızı məhv edənlər cəzalandırılacaq. Bizə qarşı durmağa çalışan, yolumuzxa çıxan, təhlükə yaradan hər kəs təhdid kimi qiymətləndiriləcək və dərhal məhv edəcəyik”.
O, daha sonra rus ordusuna tezliklə ədalət gətiurəcəklırini də sözlərinə əlavə edib: "Hər kəs rahat olsun, hər kəsə evdə qalmağı xahiş edirəm. Başladığımız işi bitirdikdən sonra yenidən orduya dönəcəyik. Biz vətənimizi qorumaq üçün cəbhədəyik. Orduda da ədalət bərpa olunacaq. Bundan sonra ədalət bütün Rusiya üçün gələcək".
Rusiya Müdafiə Nazirliyi "Vaqner"in düşərgəsinin vurulmadığını bildirib və hadisənin təxribat olduğunu bəyan edib.
Kremlin sözçüsü Dmitri Peskovun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin bəyanatından xəbərdardır: "Bütün lazımi tədbirlər görülüb...".
Son məlumata görə, "Vaqner"in 25 minlik silahlısı dxöyüş vəziyyətinə gətirilib...
Samir MUSAYEV
MİA.AZ
Hava ilə bağlı xəbərdarlıq edildi
Mehriban Əliyeva xalqı təbrik edib - FOTO
"Deyəsən, onu mənim yerimə hazırlayırdı" - Gecəylə vəzifəsindən azad olunan icra başçısının müavini maraqlı faktları açıqladı (MÜSAHİBƏ)
Azərbaycan nefti cüzi bahalaşdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
BƏƏ Yəməndəki hərbçilərini geri çəkdi
"Peşman deyiləm, lakin..." - "Beşiktaş"ın heyətindən kənarlaşdırılan futbolçu danışdı
Prezident İlham Əliyev bu fotonu paylaşdı - FOTO
Mauro İkardinin 15 yaşında çəkdirdiyi şəkil gündəm oldu - FOTO
İsrail Livanı top atəşinə tutub
Aralıq dənizində zəlzələ olub
Tayfur Bingöl super liqa ilə bağlı proqnoz verdi
Şeyma Subaşı hava limanında saxlanılıb - FOTO
Naftalan Müalicə və Sağlamlıq Mərkəzindən xoş təəssürat... - Səxavət Tağlar yazır (FOTOLAR)
İCRA BAŞÇISI İDMAN GEYİMİNDƏKİ MÜĞƏNNİYƏ HESABAT VERİR - Bu, dövlət ərkanı və atributlarına hörmətsizlik deyilmi?! (VİDEO, FOTOLAR) - Yenilənib
Elman Rüstəmovun biznesinin biri qapadıldı
“Azercell” yenilənmiş “Hədiyyə çarxı”nı təqdim edir
Sabiq icra başçısı azadlığa buraxılıb
Rəsmi Kiyev Putinin iqamətgahına hücum etmədiyini deyir: "Moskva dəlillər təqdim edə bilmədi"
Dövlət Xəzinədarlığı Agentliyinin adı dəyişib - Fərman
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 6 günlük məzənnəni açıqladı
14 nəfər zəhərlənib - Ucarda
Energetika Nazirliyinə əlavə səlahiyyət verildi - Fərman
Deputat Rasim Musabəyov “Şərəf” ordeni ilə təltif olunub - Sərəncam
YENİ QURUM YARADILDI - Fərman
Vəkil adından qanunsuz istifadə edənlər cərimələnəcək
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb - FOTOLAR
Əli Əsədovla Küveytin Baş naziri telefonda danışıb - Açıqlama
"Beynəlxalq Bankı”ın İdarə Heyəti sədrinin birinci müavini vəzifədən niyə çıxarılıb?
TARİF ŞURASI YENİ QƏRAR VERDİ: işıq... - Yeni qiymətlər
Daha 237 dərmanın qiyməti dəyişib - Qərar
BENZİN VƏ DİZELİN QİYMƏTİ QALXDI - Tarif Şurası qərar verdi
Şahin Tağıyevin cənazəsi Vətənə gətirilir
Axtarışda olan Nicat Rəhimov Bosniya və Herseqovinada saxlanılıb
Səudiyyə bu hücumla açıq mesaj verir - Təhlil
Spiker: "Payız sessiyasında 86 qanun və qərar layihəsi qəbul edilib"
Milli Məclis müraciət yayıb
Dövlət qulluğu ilə bağlı yeni qanun qəbul edildi - DETALLAR
Yeni il gecəsi hava necə olacaq? - Proqnoz
Onlara leytenant hərbi rütbəsi veriləcək - Yeni qanun