İCRA BAŞÇISININ XANIMI NAZİRLİKDƏKİ VƏZİFƏSİNDƏN ÇIXARILDI - FOTO

img

23-06-2023 [16:22]


Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun həyat yoldaşı Nərmin Seyidova vəzifəsindən azad edilib.

Məlumata görə, o, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) Kommunikasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri vəzifəsində çalışırdı.

Məlumata görə, sözügedən vəzifəyə hələ ki, təyinat olmayıb(Pravda.az)

Xatırladaq ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Prezident İlham Əliyevin 11 oktyabr 2021-ci il tarixli fərmanına əsasən yaradılıb, publik hüquqi şəxsdir.

MİA.AZ

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:41 08.09.2025

Sabah yağış yağacaq