Zahid Oruc: ”Toxunulmazlar qrupu” və ya “sabiqlərin müqaviməti” adı ilə ictimai fikrə ötürülən tezislər..." - VİDEO
23-06-2023 [15:12]
"Azərbaycan respublikası Baş Prokurorluğu və İnsan Hüquqları üzrə müvəkkil institunun birgə təşkil etdiyi “Biznes və İnsan Hüquqları kontekstində şəffaflığın təmin olunması” adlı konfrans keçirilib. Yerli və beynəlxalq qonaqların iştirak etdiyi tədbirdə iştirak edən Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc məruzə ilə çıxış edib.
Mia.az həmin çıxşı olduğu kimi təqdim edir:
"Biz adətən müxtəlif iqtisadi və ya siyasi binalarda ənənəvi forumlarla-görüşlər keçiririk, indi isə daha çox sərt hüquqi qərarlar çıxarılan Antikorrupsiya İdarəsində son dərəcə əhəmiyyətli bir müzakirələrə toplaşmışıq. Ona görə də hörmətli Baş Prokuror Kamran Əlyevə dərin təşəkkürlərimizi bildirərkən, ölkəmizin iqtisadi və siyasi gələcəyi üçün belə tədbirlərin əhəmiyyətini xüsusi qeyd etməliyik.
Mövzuya gəldikdə, bir qədər yaxın dövrün əsas iqtisadi və siyasi qərarlarını xatırlatmaqda fayda olduğunu düşünürük. Bildiyiniz kimi, 2019-cu il Prezident İlham Əliyevin dövlət idarəçiliyi sahəsində genişmiqyaslı və sərt addımları ilə yadda qaldı. Biz əvvəlcə onu ənənəvi islahatların davamı sayırdıq və elə də adlandırdıq. Çünki struktur və kadr dəyişiklikləri müxtəlif illər üzrə intensivlik dərəcəsindən asılı olaraq, həmişə aparılıb. Lakin ölkə rəhbəri faktiki olaraq, əvvəlcə hökumətdə, daha sonra Prezident Administasiyasında, ardınca mətbuat və partiyalarla münasibətlər sferasında sistemli dəyişikliklərdən sonra iqtisadi və biznes mühitinin yenilənməsi istiqamətində təsirli tədbirlər gördü. Əlbəttə, yeni keyfiyyət mərhələsinə keçid yeni elitanın formalaşmasını tələb edirdi, ona görə də birinci şəxsin liderliyi ilə yeni Hakimiyyət quruculuğu 21-ci əsrin tələblərinə və çağırışlarına uyğun çalışan komanda adlandırıırdı.
Dövlət idarəçiliyinin yeni siyasi zəmini həm mərkəzi, həm də yerli icra orqanlarını əhatə etməklə, yüksək təhsilli və mütərəqqi şəxslərin mühüm vəzifələrə təyinatı, islahatlara müqavimət göstərən qüvvələrin vəzifədən kənarlaşdırılması fonunda baş verdi. İndi tam məsuliyyətlə demək olar ki, 2019-cu ildə başlayan və bütün hakimiyyət qollarını əhatə edən yenilənmələr təkcə iqtisadi-siyasi nəticələr doğurmadı, həm də 44 günlük müharibədə qazanılan hərbi qələbədə də mühüm rol oynadı. Lakin biz iqtisadi sferada məmur burjuaziyası və siyasi idarəedənlərlə iqtisadiyyatın bir-birindən ayrılması, hesabatlılıq və şəffaflığın artırlması sahəsində həyata keçirikən tədbirləri xüsusi vurğulamağa ehtiyac görürük. Belə ki, korrupsiyanın əsas mənbəyi dövlət büdcəsi və hökumətin müxtəlif nazirlikləri, nazirləri çevrəsində baş verdiyindən ölkə rəhbəri sərt tədbirləri məhz o sahəyə yönəltdi. Prezident yeni dövrdə mütərəqqi qayda və prinsiplərin əsas təşəbbüskarı və memarı kimi çıxış edirdi. Sosial Tədqiqatlar Mərkəzinin həmin dövrdə keçirdiyi sorğuların nəticələri göstərirdi ki, ictimaiyyət Prezidentin Yeni Hakimiyyət quruculuğunu siyasətini xalqın rəyini nəzərə alınması kimi qəbul edir. Rəyi öyrənilənlərin 52,1%-i tamamilə, 35,9%-i əsasən bu qərarlardan razı olduğunu bildirirdi. Dövlət başçısının öz iş otağından-İstiqlaliyyət küçəsi 19-dan müxtəlif ranqlı qəbulların, təyinatların və görüşlərin efir məkanına verilməsi, mərkəzi və yerli icra orqanı məmurlarına ictimaiyyətin gözü qarşısında çağırışlar edilməsi və tapşırıqlar verilməsi onların icrası baxımından cəmiyyətdə yeni idarəçilik üslubu kimi qəbul edildi. Lakin iqtisadiyyatda dövlətin və məmurun rolunun azaldılması uzunmüddətli prosesdir və ya əksinə, cəmiyyətin dövlət quruculuğunda rolunun artırılması xeyli zaman tələb edir.
Beləliklə, yeni iqtisadi və sahibkarlıq kursuna dair ölkə rəhbəri son dərəcə sərt açıqlamalarını 2019-cu ilin 23 oktyabr müşavirəsində söyləmişdi.Sitat:
"Çalışmalıyıq elə bir şərait yaradaq ki, hər bir istedadlı insan, biznesə meyli, həvəsi olanlar məmur təzyiqindən, müdaxiləsindən azad olsunlar. Sahibkarlara yönəlmiş çirkin əllər kəsilsin. Bəzi hallarda dövlət məmurları, yerli icra orqanlarının rəhbərləri, nümayəndələri imkan vermirlər çalışmağa, xüsusilə bölgələrdə. Əgər indi kimsə özü üçün bir balaca iş qurursa, gəlib zəli kimi onun bədənindən yapışırlar, qanını sorurlar. Belə adamlara qarşı çox ciddi tədbirlər görüləcəkdir. Hüquq-mühafizə orqanları artıq məndən çox ciddi tapşırıq alıblar...Belə yaramaz məmurlara qarşı ən ciddi sanksiyalar və tədbirlər görüləcəkdir. Ona görə biz sahibkarlara nəfəs verməliyik ki, onlar rahat işləsinlər. Vergidən başqa heç bir ödəniş ola bilməz". Bu fikirləri üzərindən iki il sonra 14 sentyabr 2021-ci il müşavirəsində də dövlət başçısı tərəfindən sərt şəkildə təkralanmışdı. Gəlin həmin bəyanatı bir daha dəyərləndirək.Sitat: ”Əfsuslar olsun ki, bəzi rayonlarda sahibkarlar incidilir, onlar qarşısında süni əngəllər yaradılır, onlardan yerli icra orqanları tərəfindən rüşvət, pay tələb olunur. Buna qətiyyən yol vermək olmaz və bu məsələlərə çox ciddi nəzarət olmalıdır. Sahibkarlar dövlət məmurları tərəfindən yalnız dəstək, kömək görməlidirlər və sahibkar ancaq dövlətin vergisini ödəməlidir. Bundan başqa heç kimə heç bir vəsait ödənilməməlidir".
Belə sərt siyasi iradədənin nəticələri özünü çox gözlətmədi. 8 rayon rəhbəri, daha sonra ali icra hakimiyyəti və hökumətin yuxarı eşalonlarında korrupsiya hüquqpozmalarında günahlandırılan şəxslərin həbsinə gedildi, dövlət satıanalmlarının şəffaflığı sahəsində mühüm addımlar atdıldı və məmurların iqtisadiyyatda çəkisi xeyli azaldıldı. Lakin onu da qeyd edək ki, biznes əxlaqı adlandırılan fenomen sübut edir ki, bu sahədə sahibkarlıq mədəniyyəti, intizamı və ölkə rəhbərinin kursuna adekvat fəaliyyət dərhal baş vermədi. Ona görə də prezident 2020-ci ilin 4 fevral tarixində bəyan edirdi ki, sitat: "Elə etməliyik ki, bütün manipulyasiyalar, saxtakarlıqlar, kassadan kənar ödəmələr qıraqda qalsın. Bəyan edilməmiş yüklərin gətirilməsi, yükün içində bir məhsul ola-ola başqa məhsulun bəyan edilməsi durdurulsun - bütün bunları dövlət orqanları bilir və sadəcə olaraq, bəziləri göz yumur, sövdələşirdilər."
MİA.AZ
Konqresmen: "Tezliklə Azərbaycan və Ermənistan..." - FOTO
BAKIDA HAVADAN BƏZƏN NİYƏ PİS İY GƏLİR? - Araşdırma + VİDEO
Patrik Şik "Bayer Leverkuzen"lə müqaviləsini uzadıb
"Trabzonspor" Andre Almeyda ilə maraqlanır
Ağcabədidə 3 nəfər tutulub
Xocalıda yanğın törədən şəxs saxlanılıb
Los-Ancelesdə şənliyə hücum olub - 2 nəfər ölüb, 6 nəfər yaralanıb
Əli Əsədov məşvərət görüşünə hazırlıq iclasında iştirak edib - FOTO
Joao Palhinya "Tottenhem"ə keçdi
39 yaşlı qadın ərini öldürdü - Bakıda
Türkiyədə işiləri daşıyan mikroavtobus uçruma yuvarlanıb - Ölən və yaralananlar var
Meksikada 32 nəfərin doğranmış cəsədi tapılıb
"Sivasspor" 26 yaşındaki müdafiəçini heyətinə qatdı
Ədəbi taleyimizin əbədiyaşar siması – ELÇİN
Kamran Nəbizadə vəzifəyə təyin edilib
Türkiyədə aşan yük maşınında sürücü diri-diri yanıb - FOTO
Azərbaycan nefti ucuzlaşıb
İranda zəlzələ baş verib - 5,4 bal gücündə
Nazir müşaviri prorektor təyin edib
"Spartak Moskva" "Qalatasaray"ın müdafiəçisini istəyir
Kraliçanın alt paltarı, Hitlerin qalstuku, Maykl Ceksonun corabları… - Təbriz VƏFALI YAZIR
Çempionlar Liqası: "Qarabağ" bu gün meydana çıxacaq
29 yaşlı yarımmüdafiəçi "Göztəpə"yə keçib
Netanyahu Qəzzaya hücumu genişləndirəcək
34 yaşlı təcrübəli hücumçu "Porto"ya keçib
Müdafiə Nazirliyi: "Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə atəş açılmayıb"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Səbail rayonunda transformatorda güclü yanğın başlayıb
"Beşiktaş" Vilfred Ndidini transfer etmək istəyir
Bakıda Ermənistan vətəndaşlarının məhkəməsi davam edir - Zərərçəkənlər ifadə veriblər (YENİLƏNİB)
Şagird yerdəyişməsi başlayır
Bu gecə Nəsimi rayonunun bəzi küçələrində işıq olmayacaq - Siyahı
Fuad Xəlilov yeni vəzifəyə təyin olundu
Əli Əsədov ƏƏSMN-ə tapşırıq verdi
Prokurorluqda qulluqda olmasının yaş həddi artırılıb
Qəzzada daha 5 nəfər acından ölüb
Bakıda və Abşeronda tozlu hava: nə vaxtadək davam edəcək?
Prezident İlham Əliyev ona vəzifə verdi - “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın Baş direktoru isə...
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Prezident “Büdcə sistemi haqqında” qanuna dəyişikliyi təsdiqləyib
“Dövlət borcu haqqında” qanuna dəyişiklik olunub
Türkiyə bunu xəyanət kimi qəbul edə bilər, lakin... - Fələstinin Yunan Kiprindəki səfirinin sərsəm iddiaları (TƏHLİL)
Anar Abdullayev həbs edilib - Məhkəmə zalında
Qəzzada daha 94 nəfər ölüb
Məktəb və bağçalarda yoxlama: 24 direktor vəzifədən azad edildi