"Neftçi"yə acı xəbər: “Fənərbaxça” azarkeşləri İsmail Kartalı yox, Sergen Yalçın istəyir - Bir anda minlərlə tvit atıldı

img

22-06-2023 [00:02]


Adı "Neftçi"nin baş məşqçi postuna əsas namizəd kimi hallanan Sergen Yalçınla bağlı vəziyyət dəyişə bilər.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, “Fənərbağça”da yeni baş məşqçinin kim olacağının müzakirə olunduğu bir məqamda, komandanın azarkeşləri bir andaca sosial mediada hərəkətə keçib. 

Məlumaat görə, azarkeşlər qısa zamanda minlərlə tvit ataraq "Başqan, bizə İsmayıl Kartal yox, Sergen Yalçın gərəkdir", ""Fənərbağça"nın sükanı Sergene verilməlidir" tipli tələblər səsləndirməyə başlayıblar.

Hazırda tam sürətlə davam edən kampaniyanı nəzərə alan türkiyəli idman jurnalistləri bildirir ki, belə getsə, Ali Koç Sergen Yalçınla masaya oturacaq.

Xaırladaq ki, Bakı komandası illə danışıqlar aparan və böyük ölçüdə azərbaycana gəlməyə müsbət yanaşan Sergen Yalçın dünən "Neftçi" rəhbərliyindən bir gün vaxt istəyib.

Məlumat üçün qeyd edək ki, Sərgən Yalçın “Neftçi”dən tək özü üçün ilə 2 milyon dollar istəyib, lakin danışıqlarla bu məbləğ 1,5 milyon dollara salınıb.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA