İlə 1.5 milyon dollar... - Sergen Yalçın "Neftçi"dən tək özü üçün bu qədər pul istədi

img

21-06-2023 [16:11]


Türkiyəli baş məşqçi Sergen Yalçın "Neftçi" rəhbərliyindən vaxt istəyib.

Mia.az xəbər verir ki, idman şərhçisi Pərviz Musayev Feysbuk-da yazıb.

O bildirib ki, Sərgən Yalçın “Neftçi”dən tək özü üçün ilə 2 milyon dollar istəyib: "“Neftçi” məbləğı 1,5 milyon dollara salıb".

Aparıcı yazıb ki, Sərgən “Neftçi”dən sabaha qədər vaxt istəyib: "Çünki “Fənərbağça”dan zəng gözləyir. mümkündür ki, qiymət qaldırma ehtimalı da var. Əgər sabaha qədər Türkiyə təmsilçisindən cavab çıxmasa, o zaman “Neftçi” ilə müqavilə imzalanacaq".

Xatırladaq ki  "Neftçi" bu gün baş məşqçi Laurentsiu Regekampfla vidalaşıb.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA