“Sabah” yeni oyunçu ilə anlaşıb

img

21-06-2023 [13:16]


“Sabah” yeni müdafiəçi alıb.

Klubun mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, Premyer Liqanın gümüş mükafatçısı “Şamaxı”nın müdafiəçisi Rəhman Daşdəmirovla heyətini gücləndirib.

24 yaşlı arxa xətt oyunçusu bakılılarla 2 illik müqavilə bağlayıb. Ötən mövsümü “Şamaxı”da keçirən Daşdəmirov karyerası ərzində “Neftçi” (U-19) və MOİK klublarında da çıxış edib.

Qeyd edək ki, Rəhman Daşdəmirov 2022/2023 mövsümündə Premyer Liqada 36 oyun keçirib, aktivinə 1 qol yazdırıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA