"Qarabağ"ın potensial rəqiblərinin sayı azalıb

img

21-06-2023 [11:57]


"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində potensial rəqiblərinin sayı azalıb.

Məlumata görə, Azərbaycan çempionu “Linkoln”u (Cəbəllütariq) mübarizədən kənarlaşdıracağı təqdirdə “Jalgiris” (Litva) - “Struqa” (Şimali Makedoniya), “Rakuv” (Polşa) - “Flora” (Estoniya) və ya “Olimpiya” (Sloveniya) - “Valmiera” (Latviya) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, bu raundun püşkatma mərasimi bu gün Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. II təsnifat mərhələsinin ilk oyunları 25-26 iyulda, cavab görüşləri isə 1-2 avqustda keçiriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA