Aykut Kocaman: "Ali Koç səmimi deyil"

img

21-06-2023 [09:59]


"Fənərbağça"nın sabiq baş məşqçisi Aykut Kocaman "Sports Digitale" YouTube kanalına eksklüziv müsahibə verib. 

Mia.az xəbər verir ki, o,  “Fənərbağça”nın bir daha baş məşqçisi olmayacağını deyib.

Aykut Kocaman "Müsahibəmiz "Fənərbağça"nın məşqçi axtardığı dövrə təsadüf etdi. Heç vaxt bu istəkdə olmamışam və olmayacağam da. Əlimdə imkan olsaydı, əslində, lk edəcəyim iş zehni təmizləmək olardı. Bu komandaya daxil olan futbolçuların heç biri müəyyən səviyyədən aşağı ola bilməz. Səhv marjası ola bilər, ancaq bu nisbət 2/10 olacaq. Əsas problem məhsuldarlıq əldə etməkdir.

Qaldı komandaya yerli məşqçi axtarışna və prezident Ali Koçun "Aykut Kocamanı göndərmək səhv addım idi" sözünə, mən bu açıqlamanı səmimi görmürəm. 5 ildir yüzlərlə ad çəkilib, ancaq mənim adımı bir dəfə çəkməyiblər. Belə də buna necə inana bilərsən ki?!", - deyə, bildirib.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA