Volkan Dəmirəl "Fənərbaxça" ilə bağlı iddialara son qoydu

img

20-06-2023 [18:22]


Adı “Fənərbaxça”nın baş məşqçisi vəzifəsinə hallanan Volkan Dəmirəl açqama verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hazırda "Hatayspor"un baş məşqçisi olan Volkan Dəmirəl arzusunun bu mövsüm Super Liqada “Hatayspor”la mübarizə aparmaq olduğunu deyib və bununla da keçmiş komandasına qapıları bağlayıb: "İyunun 29-da Rivada toplanacağıq. Federasiyamız və nazirliyimiz bizə çox dəstək verir. 15-16 futbolçumuz var. Bir çox oyunçumuz getməli oldu. Son vaxtlarda çoxlu oyunçunu izlədim. 3 ay çoxlu oyunçularla danışdım, görüşdüm. Bir yerə getməyə başladıq. Bunlarla bağlı hesabatımı başqanımıza verdim. İyunun 29-na kimi yeni transferlərimi həyata keçirsək, onları da daxil etməklə növbəti mövsümə ən yaxşı şəkildə hazırlaşmağa çalışacağıq. Təbii ki, arzularım var, amma indiki arzum “Hatayspor”un ayağa qalxıb mübarizə aparmasıdır. Bunun üçün əlimdən gələni etməyə çalışacağam”.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA