Mauro İkardi "Qalatasaray"la anlaşır? - Xanımı suala elə cavab verdi ki...

img

20-06-2023 [15:43]


"Qalatasaray"ın çempionluq qazanmasında böyük payı olan argentinalı hücumçu Mauro İkardinin yenidən İstanbul klubuna dönüb=dönməyəcəyi böyük maraq doğurur.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Qalatasaray" rəhbərliyi İkardi və onun mənsub olduğu PSJ ilə danışıqları davam etidir.

Belə br məqamda Mauro İkardinin həyat yoldaşı və meneceri Vanda Nara TikTok canlı yayımında azarkeşlərdən birinin "Noolar, "Qalatasaray"da qalın, getməyin" mesajına İstanbul klubunun azarkeşlərini həyəcanlandıran cavab verib: "Yaxşı, oldu".

Xatırladaq ki, Mauro İkardi ötən mövsüm 26 oyunda "Qalatasaray"ın formasını geyinib. Argentinalı ulduz bu matçlarda 23 qol vurub və 8 məhsuldar ötürmə edib.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA