"Qəbələ" klubu daha iki futbolçusu ilə yollarını ayırıb

img

20-06-2023 [18:00]


"Qəbələ" klubu daha iki futbolçusu ilə yollarını ayırıb.

Mia.az xəbər verir ki, yarımmüdafiəçilər Rövlan Muradov və Felipe Santosla müqavilələrin müddəti başa çatıb.

“Qəbələ” futbol akademiyasının yetirməsi olan Muradov əsas komandada keçirdiyi 117 oyunda 12 qol vurub. Ötən ilin yayından “Qəbələ”nin şərəfini qoruyan braziliyalı legioner 43 matçda 6 dəfə fərqlənib.

Qeyd edək ki, əyalət təmsilçisi daha əvvəl Ramon Maçado, Məqsəd İsayev, Andrey Strijak və Səlahət Ağayevlə də vidalaşıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA