Arda Gülər: "Mən heç vaxt təslim olmaram"

img

20-06-2023 [10:16]


Türkiyə milli komandasının AVRO-2024-ün seçmə mərhələsindəa Ueli 2:0 hesabı ilə məğlub etdiyi oyuna möhtəşəm qola imza atan Arda Gülər ​​gələcəyi ilə bağlı sualı cavablandırıb.

Mia.az "ASport" telekanalına istinadla xəbər verir ki, Arda Gülər "Fənərbaxça"dan ayırılıb-ayrılmayacağı barədə suala belə cvavab verib: "İlk növbədə hər şeyin hamı üçün yaxşı olmasını istəyirəm. Hazırda qələbə və vurduğum qoldan başqa heç nə düşünümürəm".

Daha sonra sosial media hesabında paylaşım edən Arda Gülər "Mən heç vaxt təslim olmaram" mesajı verib: "Bu gün həyatımın ən özəl günlərindən biridir. Milli komanda forması ilə qol vurmaq xəyallarımın xaricində gözəl hissdir. Ailəmi qürurlandırmaq üçün çalışmaqdan heç vaxt əl çəkməyəcəyəm. Bu forma ilə türk gənclərini ruhlandırmaq və daha çox şeyə nail olmaq istəyirəm. Mənə inanan və dəstək olan hər kəsə təşəkkür edirəm".

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA