"Neftçi" Sergen Yalçınla anlaşdı - Türkiyə mətbuatı yazdı, azərbaycanlı jurnalist təsdiqlədi

img

19-06-2023 [13:23]


Azərbaycan Premyer Liqa komandalarından olan "Neftçi" türkiyəli məşqçi Sergen Yalçınla anlaşıb.

Mia.az Türkiyənin Haberler.com saytına istinadla xəbər verir ki, adı “Fənərbaxça” komandasının baş məşqçisi vəzifəsinə namizədlər siyahısında hallanan təcrübəli məşqçi 2 gün ərzində Bakı komandası ilə rəsmi müqavilə imzalayacaq.

Xəbərdə Azərbaycanda yayımlanan "CBC Sports" TV-nin əməkdaşı Elçin Cəfərovun fikirlərinə də yer verilib.

Jurnalist bildirib ki, “Neftçi” Sergen Yalçınla illik maaşla bağlı razılığa gəlib: "Rəsmi imzalar 2 gün ərzində atılacaq".

Xatırladaq ki, “Neftçi" indiyədək 9 dəfə liqa çempionu olub. 

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA