"Beşiktaş" "Qalatasaray"da oynayan futbolçu ilə anlaşdı

img

19-06-2023 [12:09]


"Beşiktaş" bir müddət Qalatasaray"da çıxış edən  İngiltərə Premyer Liqa klubu "Brentford"un oyunçuus Halil Dərvişoğlu ilə anlaşıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Beşiktaş" 2021-2022-ci il mövsümündə "Qalatasaray"da oynayan millinin 23 yaşlı üzvü ilə danışıqları uğurla başa çatdırsa da, onun mənsub olduğu klub müqavilə imzalanmasına mane olub.  

Məlumata görə, "Beşiktaş" ingilis klubu ilə müaviləsi gələn il bitəcək oyunçunuN transferi üçün pul ödəmək istəmir: "İngilis klubu isə oyunçunu havayı buraxmaq istəmir. Buna görə də müqavilə imzalanması təxirə slaınıb. Hazırda klublar arasında ortaq yolun tapılması üçün danışıqlar aparılır".

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA