Slaven Bilic superliqaya dönür

img

19-06-2023 [10:04]


Andrea Pirlo ile yolları ayıran "Fatih Karagümrük" prezidenti "Beşiktaş"ın sabiq məşqçisi Slaven Biliçlə danışıqlar aparır.

Mia.az Türkiyənin "Fanatik" qəzetinə istinadla xəbər verir ki, "Fatih Karagümrük" prezidenti Süleyman Hurma xorvat baş məşqçi ilə bir meçə dəfə görüşüb: "Tərəflər şərtləri müzakirə ediblər. Xorvatiyalı məşqçi komandanın sükanı arxasına keçəcəyi təqdirdə, öz komandası ilə işləyəcəyini və ona veriləcək səlahiyyətləri əsas şərt kimi önə çıxarıb. Son olaraq isə maaş məsələsi var. Klub rəhbəri Biliçə "yaxın bir neçə günə sənə cavabımızı bildirəcəyik" deyib. 

Məlumata görə, Biliçə cavab müsbət olacaq.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA