GENERALA YENİ VƏZİFƏ VERİLDİ - Gömrükdə daha bir dəyişiklik (Yenilənib)

img

19-06-2023 [09:13]


Dövlət Gömrük Komitəsində daha bir vəzifəli şəxs işdən çıxarılıb.

Mia.az  xəbər verir ki, müvafiq əmrlə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, general-leytenant İsmayıl Hüseynov başqa bir vəzifəyə keçməklə əlaqədar tutduğu vəzifədən azad olunub(Qaynarinfo).

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini general-leytenant İsmayıl Hüseynov vəzifəsindən azad edilərək yüksək vəzifəyə təyin edilib.

Dövlət başçısının digər sərəncamı ilə İsmayıl Hüseynov Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisinin birinci müavini vəzifəsinə gətirilib(Unikal).

***

Qeyd edək ki, Hüseynov İsmayıl Xəlil oğlu 1974-cü ildə anadan olub. 1991-1996-ci illərdə Naxçıvan Dövlət Universitetinin istehsalın iqtisadiyyatı və idarəedilməsi fakultəsində iqtisadçı ixtisası üzrə ali təhsil alıb. 1995-ci ildən gömrük orqanlarında xidmətə başlayıb.

İsmayıl Hüseynov 1999-2000-ci illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətdə edib. 2001-ci ildə hərbi xidmətdən təxris olunduqdan sonra gömrük orqanlarında xidməti fəaliyyətini davam etdirərək müxtəlif vəzifələrdə çalışıb. 25 iyun 2018-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsinə təyin edilib.

Ailəlidir, 2 övladı var.

MİA.AZ

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA