Əziz Yıldırım Ali Koçu qurultaya getməyə səsləyib: "Rəhbərliyə inamsızlıq ən yüksək səviyyədədir"

img

16-06-2023 [18:28]


"Fənərbağça”nın keçmiş prezidenti Əziz Yıldırım hazırkı prezident Ali Koçu qurultaya getməyə səsləyib.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə yazılı açıqlama yayan klubun sabiq rəhbəri komandanın 5 ildə uğur qazana bilməməsində rəhbərliyi günahlandırıb: “5 ildir klubda böyük bir tarixi uğursuzluq var. Tribunalarda istefa səsləri yüksəlir, komandaya və rəhbərliyə inamsızlıq ən yüksək səviyyədədir. Bu səslərə qulaq asmaq Ali Koç və onun komandasının üzərinə düşür. Onlar bəhanə gətirmədən etimad səsi almaq üçün fövqəladə qurultay çağırmalı, seçkiyə getməli və güvən səsi almalıdırlar. Bu dəqiqə kluba, komandaya və rıhbərliyi etimad çox vacib faktor kimi önə çıxıb..."

Fərid

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA