"Şamaxı" məşqçiləri yola saldı - Klubdan radikal qərar

img

16-06-2023 [18:02]


"Şamaxı" klubunun rəhbərliyi ilə məşqçilər heyəti arasında iclas keçirilib.

Mia.az xəbər verir ki toplantıda 2023/2024 mövsümünün planları, klubun strategiyası müzakirə edilib. Alınan qərara əsasən məşqçilər - Cavid Hüseynov, Elhad Nəziri və Şərafəddin Hüseynov ilə rəhbərlik arasında klubun strategiyası ilə bağlı qismən fikir ayrılığı olduğuna görə qarşılıqlı razılaşma əsasında yollar ayrılıb.

Qapıçılar üzrə məşqçi Anar Niftəliyev isə mövsüm başa çatdıqdan sonra karyerasını başqa klubda davam etdirmək istədiyindən onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Klub rəhbərliyi tərəfindən müqaviləsi davam edən baş məşqçi Vüqar Əsgərliyə yeni məşqçi heyəti formalaşdırılması tapşırılıb.

Eyni zamanda, futbolçular Elvin Məmmədov, Amil Yunanov, Rauf Hüseynli, Kamal Mirzəyev və Tapdıq Əhmədov müqavilə müddətləri, Nihad Quliyev isə icarə müddəti başa çatdığından komandadan ayrılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA