Sülhməramlılar, siyasi motivli həbslər, "Media haqqına" qanun... - Həmməruzəçilər Azərbaycan hökumətinə çağırış ediblər
16-06-2023 [11:15]
3-7 iyun tarixlərində Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) həmməruzəçiləri Yan Liddell-Qreyncer və Liz Kristoffersen bəyanat yayıblar.
Həmməruzəçilər xüsusən insan hüquqlarının vəziyyəti ilə bağlı narahatlıqlarını ifadə edərək hökuməti “Media haqqında” Qanuna dəyişiklik etməyi çağırıblar:
“Biz ifadə azadlığına qoyulan məhdudiyyətlərdən, xüsusən də bir sıra qeydiyyat tələbləri qoyan “Media haqqında” yeni qanunun medianın, jurnalistlərin və blogerlərin vəziyyətinə təsirindən narahatıq. Medianın “ictimai nəzarətçi” rolunu yerinə yetirməyə davam edə bilməsi üçün hakimiyyəti gecikmədən Venesiya Komissiyasının rəyinə uyğun olaraq qanuna düzəliş etməyə çağırırıq”.
Bu barədə “Turan” məlumat yayıb.
Birləşmə və toplaşma azadlığına qarşı məhdudiyyətlərin davam etməsindən narahatlıq ifadə edən həmməruzəçilər vətəndaş cəmiyyətinin olduqca məhdudlaşdırıcı mühitdə fəaliyyət göstərdiyini qeyd edib.
Həmməruzəçilər həmçinin siyasi motivli həbslərlə bağlı narahatlıqların qaldığını bildirib.
Onlar AŞPA-nın Azərbaycanda siyasi məhbuslar məsələsi ilə bağlı 2020-ci ildə qəbul etdiyi qətnaməsini və Avropa İnsan Hüquqları Məhkəməsinin müxalif siyasətçilərin, vətəndaş cəmiyyəti fəallarının, hüquq müdafiəçilərinin və tənqidçi jurnalistlərin siyasi motivli həbsi ilə bağlı çıxardığı qərarları xatırladıblar.
Bəyanatda Azərbaycan hakimiyyətinə AİHM qərarlarını tam və təcili şəkildə icra etməklə bağlı yenidən çağırış edilib.
Eyni zamanda, siyasi plüralizmə mane ola biləcək “Siyasi partiyalar haqqında” yeni qanunun da narahatlıq doğurduğu bildirilib və hakimiyyəti Venesiya Komissiyasının və ATƏT/DTİHB-nun tövsiyələrinə uyğun olaraq seçki sistemində islahatlar aparmağa çağırıblar.
Digər tərəfdən, bəyanatda hökumətin parlamentdə majoritar sistemdən proporsional sistemə keçid planı təqdir edilib.
Məhkəmələrin müstəqilliyinə gəlincə, həmməruzəçilər Milli Məclisin məhkəmə-hüquq sistemində islahatların aparılması ilə bağlı qanun layihəsi üzərində işlənilməsini alqışlayıblar.
Amma Avropa Şurasının müvafiq orqanlarının tövsiyələrinin nəzərə alınmasının zəruriliyi də bəyanatda vurğulanıb.
Azərbaycan-Ermənistan münaqişəsinə toxunan həmməruzəçilər iki ölkə arasında sülh sazişi istiqamətində son irəliləyişləri alqışlayaraq hər iki tərəfi danışıqları intensivləşdirməyə çağırıb.
“Laçın dəhlizindəki vəziyyətə gəlincə, biz əvvəlki bəyanatlara, Avropa İnsan Hüquqları Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli qərarına və Beynəlxalq Ədalət Məhkəməsinin 22 fevral 2023-cü il tarixli qərarına uyğun olaraq hərəkət azadlığının təmin edilməsinin zəruriliyini vurğulayırıq. Biz, həmçinin Rusiya Federasiyasının sülhməramlı qüvvələrinin 2025-ci ilin noyabrından gec olmayaraq ərazidən çıxacağına ümid edirik”, – deyə həmməruzəçilər əlavə edib.
“Turan” yazıb ki, həmməruzəçilər Vəkillər Kollegiyasının, vətəndaş cəmiyyəti və müxalif siyasi partiyaların nümayəndələri və siyasi məhbusların yaxınları ilə görüşlər keçiriblər: “Həmməruzəçilər siyasi motivlərlə həbs edildiyi iddia edilən bir neçə məhbusa baş çəkmək üçün müraciət etsələr də, görüşə icazə verilməyib”.
MİA.AZ
Binəqədidə maşın və motosiklet oğruları tutulub
2026-cı ilin sonuna qədər ev və maşın alacaq - 5 BÜRC
Ramil Şeydayev “Qarabağ”dan da gedir
Qar yağacaq - Sabahın hava proqnozu
Prezident İlham Əliyev Şəhidlər xiyabanında - FOTOLAR
Anar Ələkbərov “Qeyzer” adlı sərgidə - FOTOLAR
Dağətəyi rayonlara qar yağır
Şamaxı və Ağsuda zəlzələ olub (Yenilənib)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Körpələr evinin müdirini bıçaqladılar - Tovuzda + VİDEO
“Park Cinema”da “Səkkiz” serialının yayımı dayandırıldı
İki gün ərzində güclü külək əsəcək - Xəbərdarlıq
10 yaşlı uşağı sabiq icra başçısının oğlu xilas edib - FOTO
Maşın kanala aşdı: müəllim öldü
Bakıya sulu qar, rayonlara isə qar yağacaq - Sabahın hava proqnozu
Abşeronda su təsərrüfatı çöküb: tonlarla su kanalzasiyaya axır - Yarıtmaz kadr siyasətinin acı nəticəsi + VİDEO
Suriya ordusu qruplaşmaya qarşı daha bir şəhərdə əməliyyata başlayıb
Azərbaycan nefti 70 dollara satılır - Qiymət qalxdı
Sürücülərə xəbərdarlıq olunub - Hava ilə bağlı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Oktay Kaynarcanın narkotestinin cavabı çıxdı: "Başım dikdir"
“PAŞA Holding”də yeni törəmə şirkət yaradıldı, təyinat oldu – “PAŞA Maliyyə Holding” hans işləri görəcək?
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir
Türkiyə futbolunda "mərc oyunu": 146 məşqçi cəzalandırıldı - SİYAHI
Partiya sədri Akşeneri ziyarət etdi - Sabiq partiya liderinin fotosu müzakirəyə səbəb oldu (FOTO).
Türkiyədə benzin qiymətləri enir - Bu gecədən
Suriyadan daha 5 Azərbaycan vətəndaşı geri göndərilib
Nadejda İsmayılova "Şöhrət" ordeni verildi - Sərəncam
Əmək Məcəlləsinə üç əsas istiqamət üzrə dəyişiklik oldu - Prezident təsdiqlədi (DETALLAR)
PREZİDENT İH SƏDRİNİ VƏZİFƏDƏN ÇIXARDI - Yeni təyinat + FOTO
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Tanınmış aktyor qaraciyər donoru axtarırır - Qardaşından açıqlama
Səlim Müslümovun dayısı qızının əri şirkətdən də uzaqlaşdırılıb
Joze Mourinyo "Beşiktaş"ın oyunçusunu istəyir
Nigar Səfxanova kollec direktoru təyin edildi
"Atena” qanunvericiliyi pozub
"Qalatasaray"ın uruqvaylı yarımmüdafiəçisi ayrılmaq istəyir: "Motivasiyasını itirib..."
Türkiyədə zəlzələ oldu - 4 bal
BALIQ OVU KVOTASI TƏSDİQLƏNDİ - Hökumətdən qərar + CƏDVƏL
Baş prokuror 5 rayondan olan vətəndaşları qəbul edib
Qaraçuxurda bina tikintisi və 500 min manatlıq dələduzluq - İş adamını kimlər aldadıb?
"Obyekt sahibləri daha artıq əmlak vergisi ödəsin" - Təmraz Tağıyev
"Ağakərimə deyin: əvvəllər stul olmayanda insanlar harada otururdu?" - Alim Qasımovdan cavab gecikmədi
Ölümsüzlük ideologiyası və yeni elitizm...