Yol polisindən Bakıya meyvə daşıyan yük maşınlarının sürücülərinə - Xəbərdarlıq
16-06-2023 [10:23]
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi kənd təsərrüfatı sahəsində çalışan hüquqi və fiziki şəxslərə müraciət edib.
İdarədən Mia.az-a daxil olan müraciətdə deyilir:
"Mövsümlə əlaqədar respublikanın əksər bölgələrində kənd təsərrüfatı fəaliyyətinin nəzərəçarpacaq dərəcədə canlanması avtomobil yollarında bu sahəyə aid texnikanın və daşımaların sayında əhəmiyyətli dərəcədə artıma səbəb olmuşdur.
Lakin təəssüflə qeyd edilməlidir ki, bəzən ayrı-ayrı sürücülər tərəfindən belə daşımaların texniki standartlara uyğun gəlməyən, xarici işıq cihazları nasaz, dövlət qeydiyyat nişanları yerində olmayan kənd təsərrüfatı texnikaları ilə həyata keçirilməsi, eləcə də əkin sahələrində çalışan adamların yük avtomobillərində və traktor qoşqularında daşınması, məhsulun qablaşdırılmadan çəki və ölçü parametrləri aşılmaqla aparılması kimi yol hərəkəti qayda pozuntularına yol verilir ki, bu da ağır yol-nəqliyyat hadisələrinin baş verməsinə real zəmin yaradır.
Bu xüsusda qəzaların qarşısının alınması üçün aqrar sektorda çalışan, eləcə də bu sahədə yük daşıma fəaliyyəti göstərən hüquqi və fiziki şəxslərə məhsulun daşınması zamanı nasaz nəqliyyat vasitələrindən istifadə etməmək, qablaşdırmanı düzgün aparmaq, kənd təsərrüfatı texnikasının avtomobil yolu, yaxud əkin sahəsində hərəkət etməsindən asılı olmayaraq sürücüsünün iş və istirahət rejimini nəzarətdə saxlamaq, habelə sərxoş, yaxud yorğun, yuxusuz halda sükan arxasına əyləşmələrinin qarşısını almaq tövsiyə olunur".
Qarabağ əlili "Azəriqaz"ı məhkəmədə uddu, SOS verdi - "Məhkəmə qanunsuz qərarı ləğv etdi, mən işimə bərpa olundum"
ABŞ vitse-prezidenti Bakıya gəlir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq