Bu ölkədə Ərdoğan və türk bayrağına qarşı təxribat: səfir XİN-ə çağırıldı - Açıqlama

img

16-06-2023 [00:02]


İsveçrədə prezident Ərdoğanın fotosu olan maketi ilə Türkiyə bayrağının yandırılkamsı rəsmi Ankaranı qəzbələndirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, iki gün əvəvl İsveçrədə terror təşkilatı PKK tərəfdarları Surixdə femenistlərin keçirdiyi aksiyaya gizli soxularaq təxribat törədiblər.

Məlumata görə, “Sürix İnqilabçı komandası” adlı PKK yandaşları Sürixdə UBS bankının qarşısında prezident Ərdoğana bənzətdiyi kukla və Türkiyə bayrağını yandırıb. Bununla yetinməyən terror təşkilatının mənsubları "Ərdoğanı öldürün" şüarı səsləndiriblər, bu terroru təbliğ edən afiişalar qaldırıblar.

Hadisəyə rəsmi Ankaradan ard-arda sərt reaksiyalar verilib.

Ərdoğanın sədri olduğu AK Partiyanın sədr müavini və partiya sözçüsü Ömər Çelik Tviter-də paylaşım edib. O, İsveçrədə Türkiyə bayrağına və prezident Rəcəb Tayyib Ərdoğanın şəxsinə yönəlik təxıribatların qəbuledilməz olduğunu açıqlayıb və adıçəkilən ölkədən əməli tədbirlər görülməsini tələb edib: "İsveçrədə terror təşkilatı PKK tərəfdarlarının Türkiyə bayrağını və prezidentimiz Rəcəb Tayyib Ərdoğanı hədəf alan iyrənc hücumu qınayırıq. İsveçrə hakimiyyətinin bu alçaq hərəkəti hərəkətə göz yummasını şiddətlə qınayırıq. İsveçrə hakimiyyətini nifrət aşılayan və terrorla  mübarizədə qətiyyətli olmağa dəvət edirik".

Türkiyə Xarici İşlər Nazirliyi baş verən olayla bağlı etiraz bəyanat verməklə yanaşı, İsveçrənin Ankaradakı səfiri Jan Daniel Rux XİN-ə çağırılıb.

Türkiyə mətbuatı yazır ki, nazir müavini Mehmet Kamal Bozay tərəfindən qəbul olunan səfiriə nota təqdim olunub: "Səfirdən bu hadisə ilə bağlı cinayət işi açılaraq, həmin şəxslərin cəzalandırılması tələb edilib".

Xatırladaq ki, İsveçrənin NATO-ya üzv olması üçün Türkiyənin tələbi ilə terror qruplarına qarşı yeni qanun qüvvəyə minib. Bu isə həmin ölkəyə sığınmış PKK-çıları belə təxribatlara sövq edib.

Lamiyə

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR