Daha bir medal təsdiqləndi

img

14-06-2023 [14:50]


Prezient İlham əliyev  “Minatəmizləmə sahəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə təsdiqləyib.

Mia.az xəbər verir ki, “Minatəmizləmə sahəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər aşağıdakı xidmətlərinə görə təltif edilirlər:

- minatəmizləmə sahəsinin inkişafında fəal iştiraka görə;

- minatəmizləmə sahəsində səmərəli əməkdaşlığa verilən əhəmiyyətli töhfəyə görə;

- minatəmizləmə sahəsində Azərbaycan Respublikasının beynəlxalq əlaqələrinin inkişaf etdirilməsində və möhkəmləndirilməsində göstərilən xidmətlərə görə.

“Minatəmizləmə sahəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər.

“Minatəmizləmə sahəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR