Mbappe danışdı: ""Real Madrid"ə getməyəcəm..."

img

14-06-2023 [12:56]


PSJ-dən ayrılmaq istədiyi iddia edilən Kilian Mbappe gələcəyi ilə bağlı açıqlama verib. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ulduz futbolçu "Real Madrid"ə transfer olunacağı barədə məlumatı təkzib edib: "Nə satılmaq, nə də "Real Madrid"ə getmək istəyirdim. Sadəcə, müqavilədə nəzərdə tutulan əlavə ili aktivləşdirmək istəmədiyini söylədim. PSG ilə müqaviləni uzatmaq haqqında heç danışmadıq. Ancaq gələn mövsüm də burada qalacağım üçün xoşbəxtəm".

24 yaşlı ulduz Çempionlar Liqasını qazanmaq istədiyini bildirib: “Hər kəs Çempionlar Liqasını qazanmaq istəyir, ancaq bunun üçün daim tələbkar olmalısan".

Xatırladaq ki, bu mövsüm 43 matça çıxan ulduz futbolçu 41 qol vurub, 10 məhsuldar ötürmə edib.

Lamiyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA