Rəsmi Bakıdan bəyanat: "Erməni silahlı birləşmələri Azərbaycan ərazisindən dərhal çıxarılmalıdır"
13-06-2023 [17:35]
"Ermənistan Xarici İşlər Nazirliyinin hərbi təxribatlara görə məsuliyyəti riyakarcasına Azərbaycanın üzərinə atması və ölkəmizin suverenliyi və ərazi bütövlüyünə zidd olaraq, suveren ərazimiz olan Qarabağ bölgəsinə beynəlxalq missiya göndərilməsini təşviq etməsi və daxili işlərimizə qarışması, bu ölkənin beynəlxalq öhdəliklərinə heç bir önəm vermədiyini bir daha nümayiş etdirir".
Mia.az xəbər verir ki, bu, Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan əleyhinə bəyanatına dair şərhində əksini tapıb.
Bildirilib ki, həm işğal dövründə, həm də münaqişənin həllindən sonra sülhün bərqərar olunması istiqamətində danışıqlar prosesinə maneçilik törətmək məqsədilə, Ermənistanın mütəmadi əsasda Azərbaycana qarşı hərbi-siyasi təxribatlar törətdiyi hər kəsə məlumdur:
"Məhz bu təxribatçı addımlar nəticəsində 30 ilə yaxın müddətdə Azərbaycanın beynəlxalq tanınmış ərazilərinin işğalına son qoyulması istiqamətində diplomatik səylər uğursuzluğa düçar olub.
Hal-hazırda, Ermənistan tərəfinin post-münaqişə dövründə ərazilərimizdən erməni silahlı qüvvələrini tam olaraq çıxarmayaraq öhdəliyini icra etməməsi Azərbaycanın təhlükəsizliyi üçün əsas təhdid mənbəyidir. Bununla yanaşı, beynəlxalq səviyyədə təsdiq olunmuş bütün danılmaz faktlara baxmayaraq, işğal dövründə olduğu kimi, indi də Azərbaycan ərazisində mövcud olan qüvvələrin Ermənistana məxsusluğunun danılması, Ermənistanın faktları necə saxtalaşdırdığının göstəricisidir. Sərhədyanı bölgədə törədilən təxribatlarla yanaşı, ərazimizdə mövcud olan bu birləşmələr Azərbaycanın yenidənqurma işlərinə və məcburi köçkünlərin öz torpaqlarına təhlükəsiz geri qayıdışına maneədir və bütün erməni silahlı birləşmələr Azərbaycan ərazisindən dərhal çıxarılmalıdır.
Sülh yaradılması səylərinə maneçilik törədilməsi, saxta və yalançı bəyanatlar verilməsi əvəzinə, Ermənistandan Azərbaycanın Qarabağ bölgəsi daxil ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə əməldə riayət etməsi tələb olunur".
Binəqədidə maşın və motosiklet oğruları tutulub
2026-cı ilin sonuna qədər ev və maşın alacaq - 5 BÜRC
Ramil Şeydayev “Qarabağ”dan da gedir
Qar yağacaq - Sabahın hava proqnozu
Prezident İlham Əliyev Şəhidlər xiyabanında - FOTOLAR
Anar Ələkbərov “Qeyzer” adlı sərgidə - FOTOLAR
Dağətəyi rayonlara qar yağır
Şamaxı və Ağsuda zəlzələ olub (Yenilənib)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Körpələr evinin müdirini bıçaqladılar - Tovuzda + VİDEO
“Park Cinema”da “Səkkiz” serialının yayımı dayandırıldı
İki gün ərzində güclü külək əsəcək - Xəbərdarlıq
10 yaşlı uşağı sabiq icra başçısının oğlu xilas edib - FOTO
Maşın kanala aşdı: müəllim öldü
Bakıya sulu qar, rayonlara isə qar yağacaq - Sabahın hava proqnozu
Abşeronda su təsərrüfatı çöküb: tonlarla su kanalzasiyaya axır - Yarıtmaz kadr siyasətinin acı nəticəsi + VİDEO
Suriya ordusu qruplaşmaya qarşı daha bir şəhərdə əməliyyata başlayıb
Azərbaycan nefti 70 dollara satılır - Qiymət qalxdı
Sürücülərə xəbərdarlıq olunub - Hava ilə bağlı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Oktay Kaynarcanın narkotestinin cavabı çıxdı: "Başım dikdir"
“PAŞA Holding”də yeni törəmə şirkət yaradıldı, təyinat oldu – “PAŞA Maliyyə Holding” hans işləri görəcək?
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir
Türkiyə futbolunda "mərc oyunu": 146 məşqçi cəzalandırıldı - SİYAHI
Partiya sədri Akşeneri ziyarət etdi - Sabiq partiya liderinin fotosu müzakirəyə səbəb oldu (FOTO).
Türkiyədə benzin qiymətləri enir - Bu gecədən
Suriyadan daha 5 Azərbaycan vətəndaşı geri göndərilib
Nadejda İsmayılova "Şöhrət" ordeni verildi - Sərəncam
Əmək Məcəlləsinə üç əsas istiqamət üzrə dəyişiklik oldu - Prezident təsdiqlədi (DETALLAR)
PREZİDENT İH SƏDRİNİ VƏZİFƏDƏN ÇIXARDI - Yeni təyinat + FOTO
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Tanınmış aktyor qaraciyər donoru axtarırır - Qardaşından açıqlama
Səlim Müslümovun dayısı qızının əri şirkətdən də uzaqlaşdırılıb
Joze Mourinyo "Beşiktaş"ın oyunçusunu istəyir
Nigar Səfxanova kollec direktoru təyin edildi
"Atena” qanunvericiliyi pozub
"Qalatasaray"ın uruqvaylı yarımmüdafiəçisi ayrılmaq istəyir: "Motivasiyasını itirib..."
Türkiyədə zəlzələ oldu - 4 bal
BALIQ OVU KVOTASI TƏSDİQLƏNDİ - Hökumətdən qərar + CƏDVƏL
Baş prokuror 5 rayondan olan vətəndaşları qəbul edib
Qaraçuxurda bina tikintisi və 500 min manatlıq dələduzluq - İş adamını kimlər aldadıb?
"Obyekt sahibləri daha artıq əmlak vergisi ödəsin" - Təmraz Tağıyev
"Ağakərimə deyin: əvvəllər stul olmayanda insanlar harada otururdu?" - Alim Qasımovdan cavab gecikmədi
Ölümsüzlük ideologiyası və yeni elitizm...