"Qalatasaray" prezidenti varisinin adını açıqladı

img

13-06-2023 [09:46]


"Qalatasaray"ın prezidenti Dursun Özbek vəzifəsindən getməyə hazırlaşır.

Mia.az xəbər verir ki, bu barədə o, YouTube-da yayımlanan "Spor gecəsi" adlı proqramda açıqlamalar verib.

Özbək varisinin kim olmasını istədiyini deyib.

Özündən sonra prezident kürsüsünə Erden Timurun oturmasını çox istədiyini gizlətməyən Dursun Özbek bildrib ki, gənc olmasıan baxmayaraq, o, bu vəzifəni layiqincə idarə etmək qabiliyyətindədir: "Əlbəttə, mən Erdenin atasının yaşındayam. Erdeni çox sevirəm. Onun çox yüksək potensialı var. Düzdür, klub prezidenti səsvermə ilə seçilir. Əlbəttə, mən könlümdən keçəni dedim. Erden Timur öz üzərində şox işləyir, sürətlə inkişaf edir. "Qalatasaray"ın başqanı olmağa tam  hazır və layiqli kadrdır".

Jurnalistin Özbekə "Növbəti dövrdə prezident vəzifəsində yoxsunuz, deməli?" sualına isə o, belə cavab verib: "Belə ifadə etmək düzgün olmazdı. Öz fikrim gizlidir. Bu, gizli qalacaq məsələdir hələk".

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA