Ərdoğan Bakıda hansı mesajları verəcək? - Açıqlama

img

12-06-2023 [09:28]


Mayın 28-də keçirilən prezident seçkilərinin ikinci turunda 52 faiz səslə qalib gələn Rəcəb Tayyib Ərdoğan bu gün ilk xarici səfərini həyata keçirəcək.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ərdoğan bu dəfə də ənənəni pozmayaraq ilk rəsmi səfərini Şimali Kipr Türk Respublikasına (KKTC) edəcək. 

Mlumata görə, o, KKTC prezidenti Ersin Tatarla görüşəcək, Türkiyənin Kipr problemi və Şərqi Aralıq dənizindəki yol xəritəsi ilə bağlı mesajlar verəcək. 

Türkiyə Prezident Administrasiyasından bildirilib ki, görüş zamanı adadakı vəziyyətin regional və qlobal ölçüləri də ətraflı müzakirə olunacaq: "Prezident Ərdoğan Kiprdən sonra sabah Azərbaycana səfər edəcək. O, həmkarı İlham Əliyevlə görüşəcək. İki lider Ankara-Bakı xəttində əməkdaşlığın daha da artırılmasını müzakirə edəcəkıər. Ərdoğan və Əliyev Azərbaycan və Ermənistan arasında dialoq prosesində əldə olunan irəliləyişi də masaya yatıracaq və Qafqazda daimi sülh və sabitliyin təmin olunması üçün birgə mesajlar verəcəklər".

Lamiyə ƏHMƏDLİ

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR