"Hazırda ölkədə normal fəaliyyət göstərə bilən QHT yoxdur" - “Dedilər ki, sizin QHT ilə bağlı işə xitam veririk"
09-06-2023 [10:05]
2014-cü ildə barələrində cinayət işi açılmış Qeyri Hökumət Təşkilatları (QHT) ilə bağlı işlərin bəzilərinə xitam verilib.
Mia.az xəbər verir ki, bu barədə məlumatı Abzas Media-ya QHT nümayəndələri verib.
QHT sədrləri maydan etibarən Baş Prokurorluğun İstintaq İdarəsinə dəvət ediliblər, onlara cinayət işlərinə xitam verildiyi bildirilib.
Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı (NHMT) İctimai Birliyinin rəhbəri Mirvari Qəhrəmanlı deyib ki, o mayın əvvəlində Baş Prokurorluğun İstintaq İdarəsinin rəis müavini Qasım Məmmədovun dəvətilə idarədə olub:
“Dedi ki, QHT-lərə açılan cinayət işləri bağlanır. Ümumiyyətlə, bizim QHT ilə bağlı ittihamlar hamısı yalan idi. İstədim xatırladam ki, bəs mənim keçirdiyim insult, mədə qanaxması, qızım Mətanət Əzizovanın uşaqlarından ayrı düşməsi?”.
QHT sədri deyir ki, bu cinayət işləri və məhdudlaşdırılmış qanun vətəndaş cəmiyyətini tamamilə sıradan çıxarıb.
Onun sözlərinə görə, hazırda ölkədə normal fəaliyyət göstərə bilən QHT yoxdur: “Ermənistanın vətəndaş cəmiyyəti bütün dünyanı gəzir, amma bizdə hamı didərgin düşdü. Nə qədər əziyyətlər çəkdik. İndi ortada müstəqil QHT yoxdur. On, on beş QHT var, onların da hesabatları, təklifləri yoxdur. Ölkədə vətəndaş cəmiyyəti məhv olub. Hansı ölkədə yaxşı vətəndaş cəmiyyəti var, o ölkə dünyada da qüvvətlidir. Vətəndaş cəmiyyəti olmayan ölkənin gələcəyi çox ağır ola bilər. Bizdə qanun dəyişdi, bütün maliyyə dəstəyi Azərbaycandan çəkildi, Ermənistanın, Gürcüstanın vətəndaş cəmiyyətinin inkişafına yönləndirildi” – deyə Mirvari Qəhrəmanlı bildirib.
Media və İctimai Təşəbbüslər Mərkəzinin rəhbəri Samir Əliyev deyir ki, onu da ötən ay istintaq idarəsinə çağırıblar və mərkəzlə bağlı cinayət işinə xitam veriblər:
“Dedilər ki, sizin QHT ilə bağlı işə xitam veririk. Biz də ərizə yazdıq ki, Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən, bu işə xitam verin”.
Samir Əliyev deyir ki, onun rəhbəri olduğu QHT ilə bağlı nə qədər araşdırma aparılsa da, heç bir ciddi pozuntu tapılmayıb.
Ancaq ümumilikdə bu proses onda psixoloji gərginlik və inamsızlıq yaradıb:
“Heç nə tapılmayanda, 2011-ci ildə Soros Fondundan layihə almışdıq, dedilər, bunu qeydiyyatdan keçirməmisiniz. O vaxt qanun belə idi ki, qrant alanda xəbərdarlıq etmək üçün müqaviləni Ədliyyə Nazirliyinə göndərirdin. Sonradan qanunu dəyişib xəbərdarlığı icazə etdilər və dedilər ki, siz icazə almamış fəaliyyət göstərmisiniz. Bundan yapışıb 380 manat cərimə tətbiq etdilər”.
Əliyev deyir ki, QHT fəaliyyətini davam etdirməyəcək, çünki hazırkı qanunvericilik buna imkan vermir:
“Burada iki məsələ var: biri yoxlamadan yaranan problem, biri qanunun dəyişməsindən yaranan problem. Yoxlama ilə bağlı problem yoluna qoyuldu, ancaq qanunvericiliyin dəyişməsindən yaranan problem hələ davam edir. Əgər yoxlamalar olmasaydı belə, bu qanunlarla biz fəaliyyət göstərməyəcəkdik. Qrant və QHT qanunvericiliyinə dəyişiklik olunmalıdır. Bu qanunlarla işləmək mümkün deyil”.
Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyətinə qarşı açılan cinayət işinə də xitam verilib. Təşkilatının rəhbəri Şəhla İsmayıl deyir ki, 2014-cü ildən başlayan cinayət işi, eyni zamanda qanunvericiliyə dəyişikliklər onlara da çox böyük ziyan vurub:
“2015-2016-cı illərdə 4 aylıq istintaq prosesi oldu. Həmin müddət ərzində təşkilatın hesablarına həbs qoyuldu. Sənədlər və mühasibin kompüteri istintaq üçün müsadirə edildi. Bütün proqram və layihələrimiz donduruldu, işçilərimiz, mütəxəsisslərimiz sorğulandı. İstintaq bitdikdən sonra yuxarıdakı məsələlər həll olundu”.
Şəhla İsmayıl deyir ki, 2014-cü ildə bu sahədəki qanunvericilik bazasının dəyişməsi xarici mənbələrdən qrant alınmasını tamamilə mümkünsüz edib.
Onun sözlərinə görə, bu da təşkilatın fəaliyyətinə ciddi ziyan vurub: “2014-cü ilin oktyabrından 2021-ci ilə qədər nə vaxt sərhəddi keçirdim, saxlanılırdım. Əşyalarım yoxlanılırdı, pullarım sayılırdı və bəyan olunurdu. Bu alçaldıcı proses bəzən etik və hüquqi normalardan kənara aparılmağa çalışılırdı, amma ciddi müqavimət görürdülər. Hər dəfə ciddi stress keçirirdim”.
2014-cü ildən etibarən ölkədə fəaliyyət göstərən bir sıra QHT-lərə cinayət işi açıldı. Cinayət işləri əsasən vergi və maliyyə məsələlərilə bağlı idi. Bu işlər çərçivəsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) təşkilatının sədri Anar Məmmədli, icraçı direktor Bəşir Süleymanlı, Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev, Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus və həyat yoldaşı Arif Yunus və bir sıra digər şəxslər həbs edildi. Həbs təhlükəsi gözləyən bəzi QHT rəhbərləri isə mühacirətə getdilər. Yerli məhkəmələr həbs olunan şəxslərlə bağlı ittihamedici hökm çıxarsa da, Avropa İnsan Hüquqları Məhkəməsi bu şəxslərin konkret cinayət əməlinə görə yox, siyasi motivlərlə cəzalandırıldığı qənaətinə gəlmişdi.
MİA.AZ
Ayxan Abbasov "Qarabağ"ın milliyə çağırılan 5 oyunçusu barədə sualı belə cavablandırdı - VİDEO
Toral Bayramov millimizin oyununda forma imzaladı - Maraqlı kadrlar yalnız Mia.az-da (VİDEO)
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
SOCAR işçilərinin maaşı artırıldı: 30 faiz - Əmr verildi
DÇ-2026: Azərbaycan - Fransa oyununda 4 qol var (YENİLƏNİB)
Prezident İlham Əliyevin Özbəkistana səfəri başa çatıb
Fransa qol vursa, biz də sevinəcəyik - Millinin baş məşqçisi sözünün arxasında duracaqmı? (VİDEO)
Prezident İlham Əliyev Özbəkistanda: "Şavkat Miromonoviç müdrik dövlət xadimi olmaqla yanaşı, həm də..." - Çıxış + FOTOLAR
Ağdərədə mina partlayışı olub - Yaralı var
Sabah hava necə olacaq? - Proqnoz
Oğuzda oğul anasını öldürüb
Gədəbəydə 59 yaşlı şəxs 37 yaşlı kişini öldürüb
Dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılıb
İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib
Azərbaycan neftinin qiyməti 68 dollara çatdı
"Vatsap" proqramı bu gündən bəzi telefonlarda işləməyəcək - SİYAHI
“Nar” şagirdlər arasında oxu mədəniyyətini təşviq edir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Stokholmda avtobus dayanacağa girib - Çoxlu sayda ölü və yaralı var
BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib - Bəyanat
Super Liqadan səkkiz klub cəzalandırılacaq
Kylian Mbappe zədələndi
"Amazon"da kütləvi ixtisara start verildi - 14 min işçi yola salınır
Ərəstun Oruclu da Baş Prokurorluğa çağırılıb
Müğənni Dəniz Əsədovaya yeni ittiham irəli sürülüb - 5 maddə ilə
Azərbaycan əhalisinin sayı açıqlandı
Altay Göyüşov Baş Prokurorluğa çağırılıb - Açıqlama
Vaqif Allahverdiyev Baş Prokurorluğuna çağırılıb
Nazirliyin Şirvandakı zavodunda qəza: ölən var (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Qalatasaray"ın icarədə olan futbolçusu: "Geri dönməyəcəyəm"
RƏSMİ BAKI RUSİYAYA NOTA VERDİ - Rus səfir XİN-ə çağırıldı
Bakıda 2 tona yaxın yararsız ət aşkarlanıb
Türklər kimi ölkə başçısı görmək istəyir? - SORĞU
"Bakcell"in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
"Beşiktaş"da nə baş verir? - İlə 6 milyon avro sabit maaş alan futbolçu oyuna çıxmaqdan imtina edir
Prezident İlham Əliyev daha bir fərman imzaladı - AYNA ilə bağlı
Prezident Agentlik sədrinə yeni vəzifə verdi - Fərman
"Bakı Metropoliteni"ndə daha bir dəyişiklik - Yeni rəis kimdir?
Baltalanan qadın İcra Hakimiyyətinin mühasibi imiş