Polis əməliyyatı: 19 nəfərlik narkoşəbəkə saxlanıldı - FOTO
01-06-2023 [09:41]
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən xüsusi əməliyyat zamanı yaşadığı evin həyətyanı sahəsində narkotik plantasiyası salan və narkotik vasitələrin satışını həyata keçirən ümumilikdə 19 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Mia.az-a verilən məlumata görə, şəhər ərazisində yerləşən Məhəmməd Abdullayevə məxsus evin həyətyanı sahəsində xeyli sayda çətənə kollarının becərilməsi barədə polisə əməliyyat məlumatı daxil olub.
Həmin ünvan dərhal nəzarətə götürülüb və keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində M.Abdullayev şübhəli şəxs qismində saxlanılıb.
Onun yaşadığı ünvana baxış keçirilərkən ümumi çəkisi 248 kiloqram olan 350 ədəd çətənə kolu, eləcə də 2 kiloqramdan artıq qurudulmuş marixuana aşkar edilərək götürülüb. Araşdırma zamanı saxlanılan şəxsin narkotik tərkibli bitkilərin toxumlarını öz qohumu Məzahir Soltanovdan 3 400 manat müqabilində əldə etdiyi, sonuncunun isə həmin toxumları rayon ərazisində narkotik vasitələrin paylanılmasını təşkil edən əsas şəxslərdən biri - Rasim Yetimovdan aldığı müəyyən edilib. Davam etdirilən tədbirlərlə onların hər ikisi saxlanılaraq istintaqa təhvil veriliblər. Şəxsi axtarış zamanı R.Yetimovdan da marixuana aşkarlanıb. Saxlanılan M.Abdullayev ifadəsində çətənə bitkilərini mart ayının əvvəllərində becərdiyini və vaxtaşırı aqrotexniki qulluq göstərdiyini etiraf edib. Məqsədinin isə əldə edəcəyi narkotik vasitəni sataraq varlanmaq olduğunu bildirib.
Qeyd edək ki, M.Abdullayevin həmin narkotik tərkibli bitkilərdən əldə edəcəyi narkotik vasitənin qara bazarda dəyəri 700 min manata yaxındır.
Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son 1 ay ərzində keçirilən əməliyyatlar nəticəsində isə daha 16 nəfər də şübhəli şəxs qismində saxlanılıb. Onlardan aşkarlanan müxtəlif növ narkotik vasitə və psixotrop maddələr, eləcə də kultivasiya etdikləri çətənə kolları qanunsuz dövriyyədən çıxarılıb.
Faktlarla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
İlham Əliyev: "Bunlar peşəkar casuslardır" - "Paşinyana dedimki, bizim Azərbaycandan Azərbaycana təhlükəsiz keçid olmalıdır"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ƏLİYEV VURULAN TƏYYARƏMİZDƏN DANIŞDI: "Rusiya rəsmiləri də baş verənləri çox yaxşı bilirlər..." - "Bu, uşaq bağçası üçün bir hekayədir və..."
"Cənubi Qafqazda proseslərdə Amerikanın iştirakını görürük" - İlham Əliyev Trampdan danışdı (Yenilənib)
Bakıda taksidə intim əlaqəyə girən qadın: başına nələr gəldi?
İlham Əliyev "Heydər Əliyev bu günü görsəydi, oğluna nə deyərdi?” sualına belə cavab verdi - VİDEO
Gəncədə 22 yaşlı qız öldürülüb - Atası tərəfindən
Bəzi dağlıq rayonlarda qısamüddətli leysan yağıb, şimşək çaxıb
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan və Pakistan XİN başçıları ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsini müzakirə ediblər
Bakıda sürücülər arasında əlbəyaxa dava - ANBAAN VİDEO
"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu
Xəzər dənizində daha bir nəfər boğulub
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ərdoğan Putinlə telefonda danışıb
"Napoli" Lukka ilə anlaşıb
Arda Turan: "Beşiktaş matçına hazırıq"
İmmobile "Bolonya"da ilk oyununda 2 qol atıb
Ərdoğan üç naziri yola salır - Kürəkəni yenidən nazir təyin ediilir
“Araz-Naxçıvan”ın oyunçusu "Trabzonspor"un qolçusunu şikəst edib - 4 həftə meydandanuzaq qalacaq
Qəzzaya hücum: daha 16 nəfər ölüb
Hava qızmar olacaq - İyulun 23-dək
Aİ ölkələrinə giriş çətinləşdi, saatlarla yoxlama və... - "Hətta 15 aktiv US, UK vizaları olan, 2 illik multi şengen vizayla gələnləri də saxlayırlar..."
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Daha heç kim bizi bu yerlərdən çıxara bilməz" - Prezident Xocalıda sakinlərlə bir arada + FOTOLAR (YENİLƏNİB)
Türkiyənin ən güclü partiyası - SORĞU
DİM məlumat yayıb
"Beşiktaş" Kerem Aktürkoğluyu transferə hazırlaşır - İki oyunçu və pul təklif olunub
"Azərbaycan Suriyada baş verən prosesləri yaxından izləyir"
“Xəzər TV”yə xəbərdarlıq olunub
Məscidin önünə siçovul buraxan şəxs cəzalandırıldı
Premyer Liqa: 2025/2026 mövsümünün püşkatması olub
Səbailin bir hissəsində işıq olmayacaq
Rusiyalı deputatlardan tələb: ""WhatsApp” bloklansın!" - Daha bir sosial media qapadılır
Çörəyi dizinin üstündə olanlar… - Təbriz VƏFALI YAZIR
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində əməliyyat müşavirəsi keçirilib
Bakı-Naxçıvan-Bakı avtobus reysləri fəaliyyətini bərpa edir
Prezident İlham Əliyev Qiyaslı kəndindəki tarixi məsciddə - FOTOLAR
"E-manat" bağlanır? - Lisenziya məhdudlaşdırıldı
İlham Əliyev Ağdamda: məktəb binasının açılışı oldu - FOTOLAR