Türkiyə prezidenti 140 min seçici qarşısında: "Siz olduqca, Ərdoğanı yıxa bilməzlər"

img

26-05-2023 [19:19]


"Siz olduqca, Ərdoğanı yıxa bilməzlər".

Mia.az NTV-yə istinadlka xəbər verir ki, bu sözləri bu gün İstanbulun Əsənlər rayonunda  140 mindən çox seçicinin qarşısında çıxış edən Prezident Ərdoğan deyib.

Ərdoğan xalqa müraciət edərək, keçmişdə koalisya hakimiyyətlərindən Türkiyənin ağır zərbələr aldığını xatırladıb: "Bu gün siz bizə 323 deputat mandatı verməklə Bay-bay Kamalın yolunu bağlamış oldunuz. Lap tutaq ki, bu adam prezidnt oldu, parlamentdən necə qanun çıxaracaq? Çoxluq bizdədir. Türkiyə hələ ortaq iqtidarlardan nələr çəkməyib?

Keçmişdə Ecevitə konstitusiya kitabını fırladanlar bu gün Bay Kamalla bir yerdədir. Bu, necə olacaq? Türkiyə bir daha o illərə dönə bilməz. İndi bunlar nə qədər qaranlıq dairələr, nə qədər Ərdoğanın getməsini istəyənlər var, hamısı ilə ortaq hərəkət edirlər. Ancaq sizlər olduqca, kimsə Ərdoğanı yıxa bilməz. Əminəm ki, siz də yenə səsinizlə buna imkan verməyəcəksiniz. Siz əsənlər camaatı 14 mayda bu qardaşınıza 62 faiz səs verdiniz. Bu dəfə daha çox səs veriləcəyini gözləyirəm".

Lamiyə   

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA