İLHAM ƏLİYEVLƏ PUTİN GÖRÜŞDÜ: "...biz razılığa gələ bilmirdik” - VİDEO/FOTOLAR (YENİLƏNİB)
25-05-2023 [22:07]
Mayın 25-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşü olub.
Mia.az xəbər verir ki, görüşdə çıxış edən Rusiya Prezidenti Vladimir Putin dedi:
- Hörmətli İlham Heydər oğlu. Hörmətli həmkarlar.
İlk növbədə, Sizi bir daha salamlamaq və Azərbaycan Prezidentinə Avrasiya İqtisadi Birliyi çərçivəsində bizim bugünkü görüşümüzə qoşulması qərarını qəbul etdiyi üçün təşəkkür etmək istəyirəm. Artıq deyildiyi kimi, formal olaraq qonaq qismində, lakin həqiqətən, İlham Heydər oğlu haqlıdır, bu, çox şərti addır, çünki Azərbaycan ilə Avrasiya İqtisadi Birliyinin iştirakçısı olan bütün ölkələr arasında münasibətlərin səviyyəsi və xarakteri ciddi, dərin məna daşıyır. İqtisadi-ticari əlaqələr ardıcıl şəkildə inkişaf edir və bütün xalqlarımız arasında münasibətlərin möhkəmlənməsi istiqamətində irəliləyir. Mən çox istərdim ki, gələcəkdə də belə davam etsin, çünki regional əməkdaşlıq potensialı çox yüksəkdir.
İkitərəfli əsasda götürüldükdə ümumilikdə Rusiya-Azərbaycan münasibətləri yüksək səviyyədədir, həmçinin ardıcıl olaraq, bərabərhüquqlu prinsiplərlə, bir-birinin maraqlarını nəzərə almaqla və 2022-ci ilin fevralında imzalanmış Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannaməyə uyğun şəkildə inkişaf edir. Biz hamımız buna çox şadıq.
Bu il Heydər Əlirza oğlu Əliyevin 100 illiyi bayram edilir. Siz həm Sovet İttifaqının, həm də müstəqil Azərbaycanın bu siyasi xadiminə bizim münasibətimizi bilirsiniz. Bu görkəmli siyasi xadim ölkələrimizin tarixində birləşdirici simadır. O da yaxşı məlumdur ki, biz Rusiyada bu yubileyi layiqincə qeyd etdik. Dövlət Dumasında və Federasiya Şurasında sərgilər keçirildi, televiziyada sənədli filmlərin nümayişi oldu. Rusiya Federasiyasının regionlarında da çoxlu tədbirlər oldu. Bu tədbirlər təkcə paytaxtda keçirilmədi, həmçinin Heydər Əliyevin daim xatırlandığı Kazanda, Həştərxanda, Dağıstanda, BAM-da, o cümlədən Moskva-Tında qatarının təntənəli yola salınması və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi BAM-ın tikintisinə kuratorluq edən Heydər Əliyevin adının verildiyi Anqoya stansiyasında da tədbirlər oldu.
Bunlar mənim əvvəldə söyləmək istədiklərimdir və mətbuat çıxandan sonra biz başqa məsələlər barədə də danışarıq. Buyurun.
x x x
Azərbaycan Prezidenti İlham Əliyev dedi:
- Çox sağ olun, hörmətli Vladimir Vladimiroviç. İlk növbədə, Avrasiya İqtisadi Birliyinin sammitinə dəvətə görə bir daha təşəkkürümü bildirirəm.
Bu gün qeyd olunduğu kimi, mən bu təşkilatın sammitində ilk dəfədir iştirak edirəm. Baxmayaraq ki, biz artıq həmkarlarla fikir mübadiləsi aparmışıq, həm Müstəqil Dövlətlər Birliyinin, həm də digər beynəlxalq təşkilatların platformalarında və əlbəttə, ikitərəfli formatda müntəzəm işləyirik.
Heydər Əliyevin xatirəsinə göstərilən yüksək hörmətə görə təşəkkür etmək istərdim. Biz bunu yüksək dəyərləndiririk, Azərbaycanda bütün bunları çox yaxşı bilirlər. Siz qeyd etdiyiniz kimi, yubiley tədbirləri həm Moskvada, həm dövlət hakimiyyət təsisatlarında, həm də regionlarda keçirilib. Onu deməliyəm ki, Heydər Əliyev və Siz, Vladimir Vladimiroviç, Rusiya ilə Azərbaycan arasında münasibətlərin hazırkı səviyyəsinin əsasını qoymusunuz. Məhz Sizin 2001-ci ildə Azərbaycana səfərinizdən sonra münasibətlər keyfiyyətcə yeni səviyyəyə yüksəldi və biz bu gün artıq bu münasibətləri müttəfiqlik qismində təkcə de-fakto deyil, həm də de-yure səciyyələndiririk. Siz qeyd etdiyiniz kimi, ötən ilin əvvəlində biz Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə imzaladıq və icra edirik. Bu, bizim münasibətlərimizin ruhunu və xarakterini, ölkələrimizin daha sıx qarşılıqlı əlaqələrə səylərini əks etdirən mühüm siyasi sənəddir.
Əlbəttə, biz bu gün regional məsələlərdən də danışacağıq. Fürsətdən istifadə edərək, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması işində səylərinə görə Rusiya tərəfinə minnətdarlığımızı bildirmək istərdim. Biz bu səyləri çox yüksək dəyərləndiririk. Bu gün keçiriləcək üçtərəfli görüşdə Sizin iştirakınız da Azərbaycan və Ermənistanın nəhayət sülh razılaşmasına gəlməsinə Rusiya Federasiyasının necə böyük əhəmiyyət verdiyini göstərir. Fikrimcə, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması barədə Ermənistan rəhbərliyinin bu yaxınlardakı bəyanatlarından, eləcə də Azərbaycan Respublikasının sahəsini konkret rəqəmlərlə göstərməklə Azərbaycanın ərazi bütövlüyünün tanınmasından sonra sülh sazişinin digər maddələrinin razılaşdırılması məsələsi daha asan olacaq. Çünki bu, başlıca amil idi ki, biz razılığa gələ bilmirdik.
Vladimir Vladimiroviç, bir daha ümid edirəm ki, bu gün biz üçtərəfli formatda da iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində daha bir addım atacağıq.
İkitərəfli gündəliyə gəlincə, o, kifayət qədər genişdir. Onu ətraflı nəzərdən keçirəcəyik. Dəvətə görə bir daha sağ olun.
***
“Avrasiya İqtisadi Birliyi çərçivəsində indiki işimizə qoşulmaq qərarına gəldiyinə görə Azərbaycan Prezidentinə təşəkkür etmək istərdim”.
Mia.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə bildirib.
O, qeyd edib ki, Rusiya-Azərbaycan münasibətləri yüksək səviyyədədir: “Rusiya-Azərbaycan münasibətləri yüksək səviyyədədir, onlar mütərəqqi, üstəlik, bərabərlik prinsipləri əsasında, bir-birinin maraqları nəzərə alınmaqla və 2022-ci ilin fevralında imzalanmış müttəfiqlik qarşıqlıqlı fəaliyyəti haqqında Bəyannaməyə uyğun olaraq inkişaf edir. Biz hamımız buna çox sevinirik”.
Putin görüş zamanı ulu öndər Heydər Əliyevin 100 illik yubileyinin Rusiyada da layiqincə qeyd olunduğunu xatırladıb: “Bu il Heydər Əliyevin 100 illik yubileyi qeyd olunur. Həm Sovet İttifaqının, həm də müstəqil Azərbaycanın böyük siyasi xadiminə münasibətimizi bilirsiniz. O, görkəmli siyasi xadimdir, ölkələrimizin tarixində birləşdirici şəxsiyyətdir. O da məlumdur ki, biz bu yubileyi Rusiyada layiqincə qeyd edirik. Həm Dövlət Dumasında, həm də Federasiya Şurasında sərgilər keçirilib, televiziyada sənədli filmlər nümayiş etdirilib. Rusiya Federasiyasının bölgələrində də bir çox tədbirlər baş tutub...”.
***
Mayın 25-də Moskvada Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşüb.
Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Sabah Bakıda və Abşeronda yağıntı intensivləşəcək - Xəbərdarlıq
Bakıya sulu qar, rayonlara qar yağacaq - Sabahın hava proqnozu
80 yaşlı Misir Mərdanov: "Nə isə görüləsi işlər çoxdur, təki Allah can sağlığı versin!"
DEPUTATIN ŞİRKƏTİ MÜĞƏNNİYƏ BİNANIN BİR MƏRTƏBƏSİNİ NİYƏ PEŞKƏŞ EDİB? - Müğənni silinən xəbərlərə belə reaksiya verdi (VİDEO)
Azərbaycanda kişi və qadınların pensiya yaşı bərabərləşdi
Azərbaycan nefti çox cüzi bahalaşıb
PEZİDENT XALQA MÜRACİƏT ETDİ - TAM MƏTN + VİDEO
Hava ilə bağlı xəbərdarlıq edildi
Mehriban Əliyeva xalqı təbrik edib - FOTO
"Deyəsən, onu mənim yerimə hazırlayırdı" - Gecəylə vəzifəsindən azad olunan icra başçısının müavini maraqlı faktları açıqladı (MÜSAHİBƏ)
Azərbaycan nefti cüzi bahalaşdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
BƏƏ Yəməndəki hərbçilərini geri çəkdi
"Peşman deyiləm, lakin..." - "Beşiktaş"ın heyətindən kənarlaşdırılan futbolçu danışdı
Prezident İlham Əliyev bu fotonu paylaşdı - FOTO
Mauro İkardinin 15 yaşında çəkdirdiyi şəkil gündəm oldu - FOTO
İsrail Livanı top atəşinə tutub
Aralıq dənizində zəlzələ olub
Tayfur Bingöl super liqa ilə bağlı proqnoz verdi
Şeyma Subaşı hava limanında saxlanılıb - FOTO
Naftalan Müalicə və Sağlamlıq Mərkəzindən xoş təəssürat... - Səxavət Tağlar yazır (FOTOLAR)
İCRA BAŞÇISI İDMAN GEYİMİNDƏKİ MÜĞƏNNİYƏ HESABAT VERİR - Bu, dövlət ərkanı və atributlarına hörmətsizlik deyilmi?! (VİDEO, FOTOLAR) - Yenilənib
Elman Rüstəmovun biznesinin biri qapadıldı
“Azercell” yenilənmiş “Hədiyyə çarxı”nı təqdim edir
Sabiq icra başçısı azadlığa buraxılıb
Rəsmi Kiyev Putinin iqamətgahına hücum etmədiyini deyir: "Moskva dəlillər təqdim edə bilmədi"
Dövlət Xəzinədarlığı Agentliyinin adı dəyişib - Fərman
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 6 günlük məzənnəni açıqladı
14 nəfər zəhərlənib - Ucarda
Energetika Nazirliyinə əlavə səlahiyyət verildi - Fərman
Deputat Rasim Musabəyov “Şərəf” ordeni ilə təltif olunub - Sərəncam
YENİ QURUM YARADILDI - Fərman
Vəkil adından qanunsuz istifadə edənlər cərimələnəcək
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb - FOTOLAR
Əli Əsədovla Küveytin Baş naziri telefonda danışıb - Açıqlama
"Beynəlxalq Bankı”ın İdarə Heyəti sədrinin birinci müavini vəzifədən niyə çıxarılıb?
TARİF ŞURASI YENİ QƏRAR VERDİ: işıq... - Yeni qiymətlər
Daha 237 dərmanın qiyməti dəyişib - Qərar
BENZİN VƏ DİZELİN QİYMƏTİ QALXDI - Tarif Şurası qərar verdi
Şahin Tağıyevin cənazəsi Vətənə gətirilir
Axtarışda olan Nicat Rəhimov Bosniya və Herseqovinada saxlanılıb