MHP qurucusunun oğlu millətçilərə səsləndi - Baxçalının keçmiş müavini "Ürəyim Begtili əşirətindən Kamal Kılıçdaroğlundadır" dedi

img

24-05-2023 [17:52]


MHP-nin qurucularından olan Gün Sazakın oğlu, MHP-nin keçmiş sədr müavini Süleyman Sərvət Sazak seçkidə CHP lideri Kamal Kılıçdaroğlunu dəstəkləyəcəyini açıqlayıb.

Mia.az xəbər verir ki, bu barədə o, Tviter-də paylaşım edib.

Sazak bildirib ki, "Prezident seçkilərinin ikinci turunda səsi və ürəyi Millət İttifaqının liderinə olacaq: "Mənim səsim və ürəyim 24 Oğuz Boyundan biri olan Begtili əşirətindən olan cənab Kamal Kılıçdaroğlundadır".

MHP sədri Dövlət Baxçalının keçmiş müavini Süleyman Sərvət Sazak ölkənn ağır vəziyyətdə olduğunu, siyasi qətllərin, azyaşllı qızların cinsi təcavüzə məruz qalmaları və sair xoşagəlməz halların üst səviyyəyə çatmasından narahatlığın ifadə edib.

O, ölkənin millətçi kəsimini 28 may seçkisində Kılıçdaroğlunun ətrafında birlşməyə səsləyib.

Samir

MİA.AZ
 

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:12 10.09.2025

Sabah yağış yağacaq