Ümid Özdağla Kılıçdaroğlu gecəyarısı bir araya gəldi - Müttəfiqliyin anonsu verildi (FOTO)

img

24-05-2023 [00:27]


Millət İttifaqının prezidentliyə namizədi Kamal Kılıçdaroğlu bu gün axşam ATA blokun lokomotivi sayılan Zəfər Partiyasının lideri Ümid Özdağla bir araya gəlib.

Mia.az xəbər verir ki, bu barədə Zəfər lideri Tviter hesabından paylaşım edib.

O bildirib ki, az əvvəl  Kamal Kılıçdaroğlu ilə görüşərək, müzakirələr apaırb: "Hörmətli Kamal Kılıçdaroğlu ilə axşam saatlarında görüşdük və anlaşmamızla bağlı müzakirələr apardıq. Sabah saat 11.00-da Zəfər Partiyasında təşkil edəcəyimiz ortaq mətbuat konfransında detalları Böyük Türk Milləti ilə paylaşacağıq".

Xatırladaq ki, ATA blokunun prezidentliyə namizədi Sinan Oğan bir neçə gün əvvəl  prezident Ərdoğana dəstək bəyanatı verib. 

Özdağ bununla bağlı deyib ki, bu, Sinan bəyin şəxsi qərarıdır: "Onun qərarının Zəfər Partiyasına aidiyyatı yoxdur".

Samir

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA