"ATA" blokunun əsas gücü:  "Razılaşsaq, sabah Kılıçdaroğlu ilə birgə açıqlama verəcəyik"

img

23-05-2023 [15:03]


ATA Blokunun prezidentliyə namizədi Sinan Oğanın prezident Rəcəb Tayyib Ərdoğana dəstəyindən sonra gözlər Zəfər Partiyasına yönəlib.

Mia.az xəbər verir ki, ATA blokun ən böyük gücü sayılan "Zəfər" lideri bu gün saat 11.00-da hansı namizədə dəstək verəcəyini elan edəcəyini açıqlamışdı.

Lakin o, az əvvəl mövqeyini sabaha ertələdiyini bəyan edib.

Zəfər Partiyasının sədri Ümit Özdağ az əvvəl mətbuat konfransı keçirərək, bildirib ki, Kılıçdaroğlu ilə yenə görüşəcək: "İmzalanması üçün bəzi üzbəüz görüşlərə ehtiyac var. Bu görüşləri bu axşam keçirəcəyik, inşallah. Əgər razılaşa biləsək, sabah saat 11.00-da biregə qərarımızı açıqlayacağıq".

Sinan Oğanın prezident Ərdoğana dəstək qərarını şərh edən Özdağ deyib ki, bu, Sinan bəyin öz ixtiyarında olan məsələdir: "O, Zəfər Partiyasını bağlamır. Bu mövzuda Sinan bəylə fərqli düşünürük".

Samir

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:12 10.09.2025

Sabah yağış yağacaq