Türk Evinə hücumun görüntüsü yayıldı - VİDEO

img

23-05-2023 [00:33]


Xəbər verildiyi kmi. dünən ABŞ-ın Nyu-York şəhərində yerləşən Türk Evinə hücum olub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hücumun təhlükəsizlik kamerası görüntüləri ortaya çıxıb. 

Kadrlarda qara paltarlı və qara papaqlı bir şəxsin əlində dəmir lomla Türk Evi binasına yaxınlaşdığı görülür. 

Daha sonra o, əlindəki lomla binanın şüşələrini qırmağa  başlayır.

Məlumata görə, bu terror xarakterli hadisə Nyu-York Şəhər Polis İdarəsi tərəfindən araşdırılır.

Samir MUSAYEV

MİA.AZ

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA