Ərdoğan Sinan Oğana bu vəzifəni verəcək - Yeni nazirlik yaradılır

img

22-05-2023 [22:15]


Prezident Ərdoğan ATA Blokunun namizədi Sinan Oğan seçkilərin ikinci turunda ona dəstək verməsinə ilk reaksiya verib.

Mia.az xəbər verir ki, bu barədə o, TRT1-də canlı yayıma qatıldığı verilişdə danışıb.

Ərdoğan həm özü, həm də partiyası, silahdaşları adından Sinan Oğana qərarına görə təşəkkür edib: "Sinan bəylə bir saatlıq görüşüm oldu. O, bizim türk dünyası, terrorla mücadilə və digər əsas mövzulara bağlı prinsipial mövqeyimizi bilir. Sinan bəy bu və ya digər məqamları nəzərə alaraq, qərarını açıqladı. Ona təşəkkür edirəm".

Ərdoğan Sinan Oğanın hansısa vəzifə tələbi barədə suala belə cavab verib: "Bizim Sinan bəylə aramızda bazarlıq söhbətimiz olmayıb. Amma qarşıda bilirsiniz ki, zəlzələ və sair bu kimi fövqələda vəziyyətlərlə bağlı bütün sahələri birləşdirməklə vahid bir nazirlik yaratmaq planımız var. Gələcəkdə bu yeni nazirliklə bağlı qərarımız mümkündür. İnşallah, mayın 28-dən sonra bu barədə düşüncəmiz daha aydın olacaq"

Samir

MİA.AZ
 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:12 10.09.2025

Sabah yağış yağacaq