Ərdoğan yüksək səviyyədə qorunur: vəzifəli şəxsin uzatdığı suyu geri çevirdi, daha sonra oğlu... - Hatayda maraqlı anlar (VİDEO)

img

22-05-2023 [14:44]


Prezidentliyə namizəd Rəcəb Tayyib Ərdoğanın müttəfiqləri olan MHP sədri Dövlət Baxçalı və Yenidən Rifah Partiyasının sədri Fatih Ərbakanla birlikdə zəlzələ bölgəsinə səfərində maraqlı anlar yaşanıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ərdoğanın Fatih Ərbakanla Hatayda parkda yan-yana oturarkən lentə alınan görüntülər qardaş ölkə mediasında sürətlə yayılmağa başlayıb.

Belə ki, arxadan ona uzadılan bir stəkan suyu götürməyən Ərdoğana daha sonra oğlu Bilal Ərdoğan səslənir. O, həmin suyu alaraq yenidən atasına uzadır. Bu dəfə geri çevrilərək oğlunu gördükdən sonra Ərdoğan rahatlıqa suyu alaraq içir.

Türkiyə mediası yazır ki, Ərdoğan bunu təhlükəsizlik tədbiri çərçivəsində edib.

Lamiyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA