Ərdoğandan 28 May mesajı: "Bizim əsas rəqibimiz Kılıçdaroğlu deyil..." - FOTOLAR

img

22-05-2023 [00:14]


Zəlzələ bölgəsinə səfərlərini davam etdirən prezident Rəcəb Tayyib Ərdoğan Hataydan sonra Qaziantepdə vətəndaşlara müraciət edib. 

Mia.az TRT-yə istinadla xəbər verir ki, prezident Ərdoğan Hatayda Defne Dövlət Xəstəxanasının açılışından sonra Qaziantepə gedən Ərdoğan ordaa xalqa 28 mayda keçiriləcək prezident seçkilərinin 2-ci turunda da fəal olmağa çağırıb.

Ərdoğan deyib ki, ilk turda rəqibi Kamal Kılıçdaroğlu ilə arada olan fərqə arxayın olmaq olmaz: "28 Mayda - ikinci tur seçkisində tək bir itki olmadan getmənizi gözləyirik. Bütün dostlarınızı, dostlarınızın dostlarını , qohumlarınızı sandığa aparmalısınız. Bizim əsas rəqib CHP sədri deyil, özündənrazılıq, zəfər məstliyidir”.

Ərdoğan  Qaziantep camaatına inandığınıd eyib: "Bay-Bay Kamalı bu seçkiylə pensiyaya göndərirsinizmi? Qazianteplilər bunu edər. Mən sizə inanıram. Mayın 14-də  Cumhur İttifaqına verdiyiniz 60 faizə yaxın səsə və 9 deputat seçiminə dəstəyinizə görə Sizə minnətdarlığımı bildirirəm. 

Prezident seçkilərində də bu dəfə 60 faiz yox, 70 faizə hazırıqmı? İnşallah bu dəfə 70 faizlə 28-29 mayı birləşdirən gecəni çox fərqli keçirəcəyik. Bu nədir? İstanbulun fəthi. Biz buna hazırıqmı? 27 milyondan çox səslə 49,5 faiz səs toplamamazına baxmayaraq, sistemə görə seçki ikinci tura buraxılıb. Seçkilərin ikinci turunda, inşallah, heç bir itkisiz seçkiyə gedəcəyinizi gözləyirəm".

Lamiyə Əhmədli

MİA.AZ

img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:12 10.09.2025

Sabah yağış yağacaq