Bayden: "Baxmutun işğalı önəmli deyil, çünki..." - Zelenski səhər verdiyi açıqlamanı təkzib etdi

img

21-05-2023 [16:32]


"Rusiya Ukraynanın Baxmut şəhəri işğal edib-etməməsi önəmli deyil, çünki orada salamat bina qalmayıb".

Mia.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Cozef Bayden Yaponiyada keçirilən G7 sammitində deyib.

Onun sözlərinə görə, Baxmut barədə müxtəlif məlumatlar yayılır: "Biri deyir işğal edilob, o biir deyir yox.Orada bir salamat bina qalmayıb,o səbəbdən kimin tutub -tutmaması mühüm  deyil. Əsas odur ki, Rusiya təkcə burada yeri doldurulması çətin olan 100 mindən çox hərbçi itirib".

Toplantıda iştirak edən Zelenski isə brifinqdə bildirib ki, bu gün səhər Baxmurtun işğalı ilə bağlı sözləri düzgün anlaşılmayıb: "Baxmut tam ələ keçirilməyib. Hərbçilərimiz Baxmutdadır...".

Samir MUSAYEV


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:12 10.09.2025

Sabah yağış yağacaq