Prezident və Mehriban Əliyeva Valdas Adamkusa başsağlığı verdi: "Xəbəri dərin kədər hissi ilə qarşıladıq"

img

21-05-2023 [14:14]


Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Litva Respublikasının keçmiş Prezidenti Valdas Adamkusa başsağlığı məktubu ünvanlayıblar.

Mia.az xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri,

Həyat yoldaşınız, ömür-gün dostunuz Alma Adamkiyenenin vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladıq.

Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verir, səbr diləyirik".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA