Prezident Ərdoğan Sinan Oğanla görüşüb

img

19-05-2023 [18:59]


Prezident Ərdoğan 14 may seçkisində 5.2 faiz səs toplayan Sinan Oğanla Dolmabahçe İş Ofisində görüşüb.

Mia.az NTV-yə istinadla xəbər verir ki, ATA Alyansının əsas gücü  olan Zəfər Partiyasının lideri Ümit Özdağın bu gün Millət İttifaqının prezidentliyə namizədi Kamal Kılıçdaroğlu ilə görüşməsinin ardınca Ərdoğanın Sinan Oğanı qəbul etməsi gözlənilməz olub.

Məlumata görə, az əvvələ qədər "Sinan Oğanla görüşməyəcəyəm" deyən Ərdoğan qəfil geridönüş edərək, onu qəbul edib.

Məlumata görə, bir saat çəkən görüşdə seçki ətrafında müzakirə aparılıb.

Bəzi iddialara görə, Sinan Oğan bu görüşün sonuncu olaraq, yaxın günlərdə Ərdoğana dəstək bəyanatı verəcək.

Bu isə o demək olacaq ki, 14 may seçkisindən sonra ATA bloku rəsmən dağilıb. Çünki Özdağın  28 mayda Ərdoğana deyil, Kılıçdaroğluna dəstək verəcəyi gözlənilir.

Samir

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA